"Azərbaycan hər zaman Afrika dövlətləri ilə əlaqələri inkişaf etdirib" - XİN RƏHBƏRİ AÇIQLADI

"Bu gün Afrika ittifaqının yaradılması günü kimi qeyd olunur. Həmçinin Azərbaycan "Qoşulmama Hərəkatı" çərçivəsində Afrika günü ilə bağlı böyük bir tədbirə ev sahibliyi edir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, burada əsas məqam ondan ibarətdir ki, Afrika ittifaqının yaradılması "Qoşulmama Hərəkatı"nın yarandığı günə təsadüf edir: ""Qoşulmama Hərəkatının" yaradılmasından artıq 60 il ötür. Bütün bu illər ərzində Afrika ölkələri hərəkatın tarixində çox böyük rol oynayıblar. Məhz bu səbəbdən də hərəkat Afrika dövlətlərinin inkişafında çox böyük töhfələr verib. Afrika dövlətlərindən biri istisna olmaqla hər biri "Qoşulmama Hərəkatının" üzvləridir. Azərbaycan dövləti hər zaman Afrika dövlətləri ilə əlaqələri inkişaf etdirib. Artıq 2019-cu ildən etibarən Azərbaycan sədrlik çərçivəsində də bu münasibətlərin daha da inkişaf etdirilməsini proritet məsələ hesab edib. Bu mənada Azərbaycan Respublikasının "Qoşulmama Hərəkatına" sədrliyi başlanandan kifayət qədər qısa bir müddət ərzində bütün dünyanı Covid-19 pandemiyası cərəyan etdiyi zamanlarda həm milli, həm də "Qoşulmama Hərəkatının" sədri kimi bir sıra pandemiyaya qarşı tədbirlər həyata keçirib. Bütünlükdə isə 80-dan çox ölkəyə Azərbaycan pandemiya dövründə dəstək göstərib. Həmçinin UNESCO ilə birgə təşəbbüs göstərərək Afrikada qızların təhsili ilə bağlı dövlət dəstəyi göstərmişdir. Hərəkatın tarixində ilk dəfə olaraq 2021-ci il də "Qoşulmama Hərəkatı"-na üzv dövlətlərinin gənclər şəbəsinin yaradılması idi. Afrika ölkələri ən gənc insanlara malik olan bir kontengentə sahibdir. Maraqlı statistikadır ki, dünya gənclərinin 90 faizi inkişaf etmiş ölkələrdədir və onlar da "Qoşulmama Hərəkatı"nın üzvlərdir. Bu hərəkat dünyada 2-ci ən böyük platformaya sahib olan bir hərəkatdır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə