Heydər Əliyev irsinin öyrənilməsi barədə tədbir keçirilib - YENİLƏNİB-FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və pedaqogika üzrə elmlər doktoru Piralı Əliyev iştirak edib.
Tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra isə nitqinə davam edən Muxtar Nağıyev bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyətini vurğulayıb: “Biz bu tədbiri keçirməklə nəzərdə tutmuşuq ki, Heydər Əliyevin irsi, Azərbaycanın qurulmasında atdığı böyük addımlar barədə gənclərimizi məlumatlandıraq. Əziz gənclər, zaman göstərdi ki, Heydər Əliyevin Azərbaycan xalqının taleyi və ölkəmizin bu günü üçün gördüyü işlər əvəzsizdir. Siz gənclər də, əminəm ki, hər biriniz böyük şəxsiyyət haqqında kifayət qədər məlumatlı olmaq istəyirsiz. Bu məktəbin də əsas əhəmiyyəti ondan ibarətdir ki, siz bu xalqın dahi şəxsiyyətini daha yaxından tanıyasınız. Bu gün dünyada elə xalqlar var ki, onlar Heydər Əliyev kimi bir dahi şəxsiyyətlərinin olmasını arzu edirlər”.
Daha sonra isə çıxış üçün söz pedaqogika üzrə elmlər doktoru Piralı Əliyeva verilib: “Heydər Əliyev irsi elmi, pedaqoji, siyasi baxımdan çox geniş rakursludur. Bu irs isə nə qədər araşdırılsa belə, hələ də araşdırılmağa və yeni məlumatlar öyrənilməyə davam edilir. Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə xalqın gələcəyi kimi baxıb və onların təhsil almasının vacibliyini bildirib. Bu istiqamətdə də hər zaman böyük addımlar atıblar. Belə ki, ilk növbədə təhsil almaq üçün gənclər xarici ölkələrə göndərildi. Bundan əlavə Heydər Əliyev hər zaman məktəbləri ziyarət edir və şagirdlərlə, təhsil prosesi ilə yaxından tanış olub. Bütün bunlar Ulu Öndərin gənclərin xalq üçün yararlı bir şəxsiyyət olmasında təhsilə nə qədər önəm verdiyinin göstəricisidir”.
Çıxışlar bitdikdən sonra isə gənclərin sualları cavablandırılıb və maraqlı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB