Azərbaycan-Litva əlaqələri yüksək strateji tərəfdaşlıq səviyyəsindədir ŞƏRH

Mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri bu əlaqələrini yüksələn xətlə inkişafına əsaslanır. Bu gün hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub. Hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edir və Litva ilə Azərbaycan strateji tərəfdaşdırlar.

Qeyd edək ki, Azərbaycan-Litva münasibətləri 1991-ci il, SSRİ-nin dağılması və postsovet ölkələrinin müstəqillik əldə etməsi ilə həmin ölkələr müstəqil xarici siyasət yeritmək və ikitərəfli əlaqələri inkişaf etdirməyi əsas prioritetlərdən biri kimi qəbul etmişdilər. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olmuşdur. 1991-ci il 20 dekabrda müstəqilliyimizi tanıyan Litva Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ilin dekabr ayında qurulmuş və 2007-ci ilin aprelin 3-də Litvanın Azərbaycanda, sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi açılmışdır. Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər.

Prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə isə Litva-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycanın siyasi-strateji əhəmiyyətinə böyük önəm verən Litvanın rəsmi dairələri son illərdə ölkəmizə səfərlərini intensivləşdirib. Və mayın 18-də Litva Prezdenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri zamanı hər iki ölkənin Prezidenti mətbuata bəyanatla çıxışı ölkələrimiz arasında uğurlu əməkdaşlığın olduğunu sübut edir. Dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanla Litva arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirdiyini, ölkələrimiz arasındakı güclü siyasi əlaqələr isə mövcud olan siyasi dialoqun göstəricisi olduğunu vurğulayıb.

Qeyd edək ki, Litva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu dəfələrlə bildirmişdir. Azərbaycan da Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna və müxtəlif iqtisadi və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Həmçinin Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.

Bu əlaqələrin inkişafında da təbii ki, ölkə başçılarının rəsmi və işgüzar səfərləri və bu səfərlər çərçivəsində müəyyən olunan hüquq-müqavilə bazası mühüm rola malikdir. Litva Prezidenti Gitanas Nauseda mayın 18-də Azərbaycana səfər etməsi, o cümlədən dövlət başçısı İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunda iştirak etməsi Azərbaycan Litva əlaqlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Forumun əsas məqsəd Azərbaycan və Litva arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların axtarışı, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin qurulmasıdır. Forumun əsas mövzuları qida sənayesi, enerji və bərpa olunan enerji mənbələri, dairəvi iqtisadiyyat, informasiya texnologiyaları, logistika, nəqliyyat və s. olub. Beləliklə, bütün bunlar Azərbaycana da Litva ilə əməkdaşlığı gücləndirməyə stimul verir. Sözsüz ki, hər iki ölkənin imkanları qarşılıqlı maraq yaradır, əməkdaşlıq üçün ciddi potensial deməkdir və bu potensial dövlətlər arasındakı münasibətləri daha sıx, eyni zamanda uzunmüddətli mərhələyə daşıyacaq. Azərbaycan-Litva münasibətləri yeni imkanlar yaradacaq.

Ən əsası isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının yenə də həmişə olduğu kimi, bu beynəlxalq konfransdakı çıxışı və konfrans iştirakçılarının suallarına cavabları təkcə regionda deyil, həm də dünyada baş verən hadisələrə münasibəti, bu hadisələrə verdiyi qiymət bir daha göstərdi ki, Azərbaycan Prezidenti müdrik dövlət başçısı, dünya səviyyəli siyasətçi kimi dünya liderlərindən biri olmaqla, Azərbaycanın bugünkü reallıqları da təsdiqləyir ki, ölkəmiz, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə