"Bu gün həmin insanlar da anlamalıdır ki,..." - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan dövləti humanist bir dövlətdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, eləcə də Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman humanistlik göstərərək vaxtaşırı bəzi vətəndaşlarımızın əfv olunması ilə bağlı müvafiq qərarlar qəbul edirlər: “Hesab edirəm ki, bu ölkə başçısı İlham Əliyevin növbəti humanist addımıdır. Bu gün həmin insanlar da anlamalıdır ki, bu, dövlətin onlara olan diqqət və qayğısının göstəricisidir. Hesab edirəm ki, dövlətin əlamətdar günlərində bu cür addımların atılması, belə qərarların qəbul edilməsi çox önəmli bir hadisədir. Düşünürəm ki, əfv olunan insanlar da dövlətin onlar üçün qəbul etdiyi bu qərarları düzgün qiymətləndirməli, bu məsələyə düzgün yanaşmalıdırlar. Hesab edirəm ki, bu baxımdan da məsələlər olduqca vacibdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə