Azərbaycan regionda hər zaman təşəbbüslərlə çıxış edir - DEPUTAT AÇIQLADI

"Azərbaycan öz xarici siyasət prinsiplərinə uyğun olaraq dünya ölkələri, beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlara uyğun olaraq konstruktiv əməkdaşlıq sistemi və münasibətlər qurur. Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər həmişə yüksək dinamika ilə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı dövlətlərinin rəhbərlərinin də qeyd etdiyi kimi Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyini təmin olunmasında olduqca təsirli rol oynamaqdadır: "Avropa İttifaqı üçün prioritet fəaliyyət istiqamətlərindən biri də ondan ibarətdir ki, vahid və sabit enerji bazarı formalaşdırılsın və etibarlı enerji təhlükəsizliyi sistemi yaradılsın. Məhz bu fəaliyyətin səmərəliliyinə təsir edən amillərdən biri də məhz Azərbaycanla əməkdaşlıqdan ibarətdir. Bu baxımdan düşünürəm ki, Avropanın özü Azərbaycanla əməkdaşlığı genişləndirməkdə həmişə maraqlı olmalıdır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, nəqliyyat, loqistika sahəsində humanitar əməkdaşlıq sahəsində kifayət qədər geniş aspektli əməkdaşlıq mövcuddur. Avropanın aparıcı ölkələrinin Cənubi Qafqaz regionunda geosiyasi, geoiqtisadi maraqları mövcuddur. Post-münaqişə mərhələsində Azərbaycanın formalaşdırdığı reallıqlar Avropa İttifaqı tərəfindən də qəbul olunmaqdadır.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, son dövrlərdə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Avropa İttifaqının cəhdlərini görürük: "Artıq Avropa ittifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında üçüncü görüş baş tutdu. Bu görüşdə münasibətlərin tənzimlənməsinə xidmət edəcək elementlərin yaradılmasına dair müzakirələr aparıldı. Bu görüşdə Azərbaycan növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün hər zaman təşəbbüslərlə çıxış edir. Ermənistan da konstruktiv mövqe tutarsa, Azərbaycan təşəbbüsləri sayəsində Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik etibarlı şəkildə təmin oluna bilər. Hesab edirəm ki, bu gün Avropa İttifaqı artıq regionda Azərbaycanın vacib və həlledici rolunun mövcudluğu reallığından çıxış etməlidir. Düşünürəm ki, bu istiqamətdə Avropa İttifaqı Azərbaycan ilə ən səmərəli fəaliyyəti həyata keçirə bilər".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə