Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı uğurla inkişaf etməkdədir ŞƏRH

Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumun açılışında iştirak ediblər. Litva Respublikasının Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfəri zamanı dövlətimizin başçısı mətbuata bəyanatında Azərbaycan- Avropa İttifaqı əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayaraq, bu nüfuzlu beynəlxalq qurumun Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirib. Ölkə rəhbəri, eyni zamanda, respublikamızın artıq Avropaya təbii qazın ixracına başladığı və neft-qaz qiymətlərinin artdığı bir şəraitdə cari il ərzində adı çəkilən təşkilatla ticarət dövriyyəsi həcminin daha da yüksələcəyini diqqətə çatdırıb.Prezident İlham Əliyev bəyanatında Litva­nın Azərbaycan–Avropa İttifaqı yaxınlaşma­sını dəstəklədiyini dəyərləndirməklə bərabər, ölkəmizin bu qurumun 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyanat imzaladığını da xatırladıb.Dövlətimizin başçısı Litva Prezidenti Gitanas Nausedanın respublikamıza səfəri çərçivəsində keçirilən biznes forumdakı çıxışında da Azərbaycan–Avropa İttifaqı strateji əməkdaşlığının uğurla inkişafından bir daha bəhs edərək, bu təşkilatın respub­likamızın əsas ticari tərəfdaşı olduğunu və Azərbaycanın quruma üzv ölkələrin enerji təhlükəsizliyində fəal rol oynadığını vurğula­yıb: “Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Neft ixracına gəldikdə, ixracın bugün­kü profili bizi və istehlakçıları qane edir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna baş­lamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir”.Azərbaycan Prezidenti enerji təhlükəsizliyindən danışarkən, həmçinin bildirib ki, ölkəmiz hər zaman etibarlı, ədalətli nizamlama və qanunvericilyə əsaslanan ba­zarlara ehtiyac duyub. Bu baxımdan Avropa bazarı hər zaman diqqət çəkib. Təbii ki, bu məsələdə Avropa İttifaqı da Azərbaycana töhfə verən tərəf kimi diqqətlə yanaşıb.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, respublikamızın ixrac potensialının artırılması, xarici sərmayənin cəlb edilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub. Bütün bunlar isə ölkəmizə xarici investisiya qoyu­luşuna müsbət zəmin yaradıb.

Nərgiz Xəlilova

YAP Tərtər rayon təşkilatının Cəmilli ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə