Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir

Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabət qabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. İqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabət qabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilmişdir.

Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabət qabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilər zəngin və təbii resurs potensialına malikdir ki, bu da investorlar üçün yeni və müxtəlif layihələrin həyata keçirməsi üçün biznes mühiti yaradır. Ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri üzrə qarşılıqlı anlaşmalar bir daha göstərdi ki, Azərbaycan biznes mühiti üçün investorlar üçün əlverişli ölkədir.

Öz enrji təhlükəsizliyini tam təmin edən Azərbaycannn iqtisadi inkişaf dinamikası və Avropanın əlavə enerji resursları mənbələrinə olan ehtiyacı ölkəmizə olan maraqları daha da artırır. Azərbaycana dünya birliyində marağın artmasının səbəblərindən olan mövcud davamlı iqtisadi inkişafımız Avropa İttifaqı üçün töhfə verən ölkə kimi nüfuzumuzu günü-gündən artırır.

Son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm layihələr icra olunub. Azərbaycan uğurlu xarici siyasəti, sürətli iqtisadi inkişafı sayəsində beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirib. Hazırda regionda marağı olan ölkələr və beynəlxalq təşkilatlar ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığa böyük səy göstərirlər. Ölkəmizin başçısı, öz çıxışlarında xüsusilə qeyd edir ki, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir.

Leyla İbrahimova

Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə