Bu gün Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədədir - DEPUTAT ŞƏRH ETDİ

“Bu gün Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədədir. ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezident İlham Əliyevə ünvanlandığı məktub bunu bir daha təsdiq edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, məktubda bir çox məqamlara toxunulub: “Bu məqamlardan biri də Azərbaycanın bütövlükdə terrorizmə qarşı qlobal mübarizəyə, təhlükəsizliyə verdiyi töhfələrdir. Həmçinin məktubda Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlar xüsusi olaraq vurğulanıb. Hesab edirəm ki, bu çox önəmli və vacib məsələdir. Eyni zamanda Azərbaycanın qlobal və təhlükəsizliklə bağlı məsələlərdəki dəstəyi xüsusilə vurğulanır. Digət bir məsələ isə Amerikanın Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətindəki addımlar və Amerikanın bu prosesdəki marağı qeyd olunub. Bu gün Azərbaycan-ABŞ münasibətləri inkişaf edir. Azərbaycan da bu münasibətlərə önəm verir. Məktubda da qeyd olunduğu kimi bu il Azərbaycan-ABŞ münasibətlərinin 30 illiyi tamam olur. Bu gün qarşıya qoyulan əsas hədəf və məqsədlərdən biri də odur ki, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf etsin”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə