Kadr islahatlarının tərkibində gənclər çoxluq təşkil edir - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra gənclərlə iş sahəsinin təməlini ilk olaraq Ümummilli Liderimiz Heydər Əliyev qoydu". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
Onun sözlərinə görə, kimsəsiz qalmış xalq, o cümlədən gənclərimiz müxtəlif qrupların siyasi məqsədi naminə istifadə edilib: "Ümummilli Lider hakimiyyətə gələndən sonra ilk görüşünü məhz gənclərlə keçirib. Gənclər və İdman Nazirliyi yaradıldı, Gənclər Günü təsis edildi, gənclər siyasəti həyata keçirilməyi başladı. O cümlədən vətənpərvərlik ruhunda yetişən gənclər istiqamətində işlər görüldü. Ölkə Prezidenti İlham Əliyev 2003-cü ildən başlayaraq dövlət gənclər siyasətinin əhatə sahəsini daha da genişləndirdi. Gənclərimizin təhsilli, savadlısı olması üçün bir çox proqramlar qəbul olundu, o cümlədən Azərbaycan gəncliyi ölkənin bütün sahələrində təmsil olunmağa başladı. Azəbaycanda bir çox sahələrdə islahatlar aparılır. Heç şübhəsiz çoxnüfuzlu beynəlxalq reytinqlər cədvəlində Azərbaycan dünyanın son illər ərzində ən çox islahatlar aparan ölkələrindən birinə çevrilib. Bu islahatlar həyatın bütün sahələrini əhatə edir. Xüsusən də 2018-ci ildən sonra islahatların daha da dərinləşməsi sahəsində, o cümlədən kadr islahatları sahəsində işlər aparılır. Xüsusən gənclərə etimadın göstərilməsi onu göstərir ki, zaman keçdikcə, müasir texnologiyadan istifadə artdıqca kadr islahatlarında gənclərə ehtiyac artır. Peşəkar, perspektivli, savadlı gənclərin bütün sahələrdə təmsil olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox işlər görülmüşdür. Əlbəttə 44 günlük Vətən müharibəsində də Azərbaycan gəncliyi çox böyük qəhrəmanlıq göstərdi. Kadr islahatlarının tərkibində də gənclər çoxluq təşkil edir. Bu da Azərbaycanın inkişafına, tərəqqisinə çox böyük dəstək verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB