Ermənistanın bu davranışları KİMƏ ZİYANDIR? - POLİTOLOQ DANIŞDI

Ermənistanın bu davranışları KİMƏ ZİYANDIR? - POLİTOLOQ DANIŞDI

“Azərbaycan 44 günlük Vətən müharibəsinə qədər ki, müddətdə olduğu kimi bu gün də Ermənistana bir şans verir. Lakin hadisələrin sülhə doğru getməməsinə görə, vəziyyət Ermənistan tərəfini günahkar edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dünya ictimaiyyətinin gözü qarşısında Brüsseldə, Soçidə, Moskvada Ermənistana bir sıra öhdəliklər qoyub ki, İrəvan tez bir zamanda həmin öhdəlikləri yerinə yetirsin: “Əgər Ermənistan Azərbaycanın sərhədlərini tanımayıb, Zəngəzur dəhlizini açmayıb və Azərbaycanla sülh müqaviləsi imzalamayacaqsa bu proses yalnız Ermənistan dövlətçiliyi üçün çox böyük təhlükə yaradacaq. Azərbaycan tarixi hədəflərinə doğru daha iri addımlarla getmiş olacaq. Əslində Ermənistan rəhbərlərinin bu otuz ildə apardıqları siyasət Azərbaycanın mövqeyini danışıqlarda daha da gücləndirdi və nəticə etibari ilə müharibə də istəyimizə çatdıq. Diplomatlar tərəfindən sülh şəraitindən əgər vəziyyət nizamlanmazsa, o zaman yenə də hərbiçlərimiz öz sözünü deyəcək. Ermənistan unutmasın ki, onlar tərəfindən Azərbaycan torpaqlarına davam edəcək iddialar biz tərəfindən qarşısı ciddi şəkildə alınacaqdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə