Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilir - YENİLƏNİR-FOTOLAR

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan 1-ci Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilir. SİA xəbər verir ki, tədbirdə Bakı Ali Neft Məktəbinin direktoru Elmar Qasımov, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev və Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə