Qarabağı ziyarət Azərbaycana səfərimizin zirvə nöqtəsi olacaq - TÜRKİYƏLİ NAZİR AÇIQLADI

"Azərbaycanda səfərdə olan Türkiyənin Kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi sabah işğaldan azad edilmiş ərazilərə səfər edəcək". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazir özü bildirib.

“Qarabağı ziyarət Azərbaycana səfərimizin zirvə nöqtəsi olacaq. Mən ilk dəfə ziyarət etmiş olacam. Həm Türkiyə vətəndaşı, həm də kənd təsərrüfatı və meşəçilik naziri olaraq çox həyəcanlıyam. 30 il işğal altında qalan torpaqlara ayaq basmaq, oranı ziyarət etmək bizə həyəcan verəcək”, - deyə nazir qeyd edib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...