Prezident İlham Əliyev və Gitanas Nauseda Azərbaycan-Litva biznes forumda iştirak ediblər

Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumda iştirak ediblər.

Dövlət başçıları biznes forumda çıxış ediblər.

Sonra Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.

Daha sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...