YAP Tərtər rayon təşkilatınında təbliğat qrupunun üzvləri ilə görüş keçirilib FOTOLAR

18 may 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının qərargahında rayon təşkilatı yanında yaradılmış təbliğat qrupunun üzvləri ilə görüş keçirilib. Görüş iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının və müasir Azərbaycan dövlətinin qurucusu, Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov ölkəmizdə 44 günlük müharibədən sonra partiyamızın sədri, Möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin verdiyi müsbət dəyişikliklərdən, onun qəbul etdiyi Fərman və Sərəncamlardan çıxış və nitqlərindən irəli gələn müddəa və vəzifələrin təbliği istiqamətində görülən və görüləcək işlərdən danışaraq, rayon təşkilatı yanında fəaliyyət göstərən təbliğat qrupunun hər bir üzvünün siyasi fəallığının daha da artırılmasının vacibliyini vurğulayaraq öz tövsiyə və tapşırıqlarını verdi.

Tədbirdə çıxış edən təbliğat qrupunun üzvlərindən Gülarə Əkbərova, Hafiz Ələkbərov, Fəridə Süleymanova, İntiqam Nuruyev, Elçin Cəfərov, Orxan Mustafazadə, Rəvan Həsənov, Sevda Əliyeva və Rəşad Qarayev həm partiya fəalı, həm də Təbliğat qrupunun üzvləri kimi partiyamızın yürütdüyü siyasətin daha geniş şəkildə əhali arasında izahı və təbliğinin aparılması üçün öhdələrinə düşən vəzifənin məsuliyyətini dərindən dərk etdiklərini , ölkəmizdə və beynəlxalq aləmdə baş verən qlobal dəyişikliklərin mahiyyəti barədə maariflənmə işlərini daha yüksək səviyyəyə qaldırılmasının günün tələbi olduğunu qeyd etdilər. Vurğulandı ki, son dövlərdə Möhtərəm Prezident cənab İlham Əliyevin istər xarici ölkələrə , istərsə də ölkə daxili səfərləri zamanı səsləndirdiyi fikirləri və dünyaya verdiyi mesajları hər bir Azərbaycan vətəndaşı tərəfindən birmənalı şəkildə qəbul olunaraq müdafiə edilir.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...