YAP Nərimanov rayon təşkilatı Milli Qəhrəman Şahlar Şükürovun anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir keçirib
17 may 2022-ci il tarixdə R. Nəsrəddinov adına 39 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun anadan olmasının 70 illiyinə həsr olunmuş "Vətən sağ olsun!" adlı tədbir keçirildi.Tədbirdə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri, məktəbin məzunu Samir Vəliyev, Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov,YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhid ailələri və Milli Qəhrəmanının ailə üzvləri iştirak edib.
Tədbirdə qonaqlar çıxış edərək, xalq yolunda vətən üçün canını qurban vermiş, bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazanların döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların həyatını gənclərə nümunə göstərdilər.
Tədbirin sonunda şəhidin ailəsi adından Milli Qəhrəmanın qardaşı, Tibb Universitetinin dosenti, əməkdar həkim Malik Şükürov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB