"Ermənistanda artıq iki həftədən çoxdur ki, aksiyalar davam edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, bu aksiyaların keçirilməsində və Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasında maraqlı olan radikal müxalifət həm erməni lobbisinin, həm də Rusiyanın dəstəyi ilə hadisələrin daha da genişlənərək bütün Ermənistan ərazisinə yayılmasına çalışsalar da, bugünə qədər buna nail ola bilməyiblər: "Çünki Ermənistan cəmiyyətində Paşinyan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin günahkarı olaraq hədəfə çevrilsə də, müxalifəti təmsil edən əsas siyasi fiqurlar - Köçəryan və Sarkisyan da heç bir halda rəğbətlə qarşılanmır və mütləq əksəriyyət tərəfindən dəstəklənmir. Hətta onlara qarşı olan etimadsızlıq və nifrət Paşinyan administrasiyası üçün aksiyaların genişlənərək daha böyük təhlükələr ehtiva etməsinin qarşısının alınmasında fürsətə çevrilmiş əsas amil olaraq qiymətləndirilə bilər.
Belə ki, erməni lobbisinin və sülh danışıqlarının sürətli şəkildə yekunlaşmasında maraqlı olmayan rəsmi Moskvanın bütün təsir və təzyiqlərinə baxmayaraq, hazırda baş verən hadisələrin Paşinyan üçün ciddi təhlükə yaratmamaqla yanaşı Azərbaycan ilə davam edən sülh danışıqlarında əldə olunan uğurlu nəticələrinin icra olunmasının gecikdirilməsinə hesablanmış addımlar olduğunu düşünürəm. Ona görə də, Qərbin və xüsusilə də regionda sülh quruculuğu prosesində maraqlı olan dövlətlərin mövqeyi və Paşinyan administrasiyasına verə biləcəyi dəstək Ermənistandakı hadisələrin idarə olunmasında həlledici təsirlərə malik ola bilər".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB