Qarabağ klanını yenidən ayaqa qaldıran qüvvə Rusiyadır - POLİTOLOQ AÇIQLADI

Qarabağ klanını yenidən ayaqa qaldıran qüvvə Rusiyadır - POLİTOLOQ AÇIQLADI

"Son Brüssel görüşündən sonra Ermənistanda iğtişaşlar səngimək bilmir. Kütləvi iğtişaşların arxasında keçmiş Qarabağ klanı dayanır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Qarabağ klanını yenidən ayaqa qaldıran qüvvə isə Rusiyadır: "Çünki ən son sülh gündəliyi ilə bağlı razılaşma Brüsseldə hazırlandı. Qərb Moskva olmadan tərəflərin razılığa gəlməsində, Aİ-nin vasitəçiliyinin daha önəmli olmasında maraqlıdır. Deməli, Qərbin Ermənistandakı təxribatlarda və beləcə sülh gündəliyinin geri plana atılmasında marağı ola bilməz. Rusiya isə hər zaman Avropadakı görüşlərin ardınca araya girməyə çalışır, Paşinyanı uzlaşma ritorikasından çəkindirir.

Hesab edirəm ki, Rusiya prosesin içində olduğu müddətdə məsələnin yaxın zamanda sülh masasında həllini gözləmək absurd olardı. Çünki, Rusiya əlində olan 2 cəbhədən birini artıq itirib. Ukraynanın ardınca, Qarabağı itirmək bu dövlətin strateji varlığını sona çatdırır. Bu baxımdan Türkiyənin bölgədə faktiki varlığını gücləndirmək və Kremlin qarşısına şərtlər qoymağın zamanıdır. Rusiya onunla eyni dildə danışılmayana qədər "güzgüdə özünü şir görməyə" davam edəcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə