Şəhid Abbaslı Elgin Ağayar oğlunun doğum günü münasibətilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın rayon icra hakimiyyəti başçısının müavini Aynurə Həsənova, Laçın rayon gənclər vəiİdman İdarəsinin rəisi Natiq Mustafayev, Laçın rayon təhsil şöbəsinin müdiri Nicat Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon şöbəsinin rəis müavini Ramin Bayramov, YAP fəalları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət etdilər. Eyni zamanda, tədbir iştirakçıları Şəhidlər xiyabanında uyuyan 1-ci Qarabağ müharibəsinin şəhidləri Cabbarov Taleh Cəmil oğlu və Kərimov Müşfiq Bəhman oğlunun məzarlanı ziyarət etdilər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi ehtiramla anıldı. YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad edilməsindən, 44 günlük müharibədə ordumuzun şücaətlərindən danışdı. Laçın rayon icra hakimiyyəti başçısının müavini Aynurə Həsənova, şəhidin təhsil aldığı dövrdən, onun qəhrəmanlıqlarından, göstərdiyi şücaətlərə görə aldığı təltiflərindən danışdı. Çıxışçılar şəhid Abbaslı Elgin Ağayar oğlunun keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söhbət açdılar. Sonra şəhidin məzun olduğu Laçın rayon 21 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirdi. Şəhidin ailə üzvləri, Şəhid ailələrinə, Qarabağ qazilərinə və döyüşçülərinə göstərilən dövlət qayğısına görə Cənab Prezident İlham Əliyevə və ölkənin 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını bildirdilər. Tədbir Sumqayıt şəhərində "Mirvari" mərasim evində davam etdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB