Rize-Artvin Hava Limanını - Türkiyə-Azərbaycan Liderlərin və xalqların sarsılmaz birliyinin növbəti nümayişi TƏHLİL

Prezident İlham Əliyev: “Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfəri, dövlət başçılarının Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” reallığın təcəssümüdür.

“BÜTÜN BUNLAR TÜRKİYƏNİN İNKİŞAFINI, GÜCÜNÜ GÖSTƏRƏN AMİLLƏRDİR”

"Bütün türk qardaşlarımızı səmimi qəlbdən salamlayıram. Azərbaycandan hərarətli salamları ifadə edirəm. İlk növbədə, hörmətli qardaşım Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm. Bu gözəl hava limanının açılışı münasibəti ilə sizi ürəkdən təbrik edirəm". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rize-Artvin Hava Limanının açılışında Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, bu hava limanının açılışı Türkiyədə gedən çox uğurlu prosesin təzahürüdür: “Qardaş Türkiyə gündən-günə sürətlə inkişaf edir. Bütün bunların təməlində aparılan siyasətin, əziz qardaşımın böyük əməyi var. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda ölkə daxilində də böyük layihələr həyata keçirməyə qadirdir. Bunlar arasında xüsusi ilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir”.

“RİZE-ARTVİN AEROPORTUNUN AÇILIŞI TÜRKİYƏDƏ GEDƏN ÇOX UĞURLU PROSESİN TƏZAHÜRÜDÜR”

“Bütün türk qardaşlarımızı səmimi qəlbdən salamlayıram. Azərbaycandan hərarətli salamları ifadə edirəm. İlk növbədə, hörmətli qardaşım Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm. Bu gözəl hava limanının açılışı münasibəti ilə sizi ürəkdən təbrik edirəm”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılışındakı çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, bu hava limanının açılışı Türkiyədə gedən çox uğurlu prosesin təzahürüdür: “Qardaş Türkiyə gündən-günə sürətlə inkişaf edir. Bütün bunların təməlində aparılan siyasətin, əziz qardaşımın böyük əməyi var. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda ölkə daxilində də böyük layihələr həyata keçirməyə qadirdir. Bunlar arasında xüsusi ilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir”.

“RİZƏ TÜRK DÜNYASINA BÖYÜK LİDER VƏ MƏNİM QARDAŞIM RƏCƏB TAYYİB ƏRDOĞANI BƏXŞ EDİB”

Dövlət başçısı Rizənin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiətinin böyük sərvəti olduğunu bildirib: “Mən ilk dəfədir ki, Rizədəyəm. Bu diyar haqqında çox eşitmişəm, çox duymuşam. Təyyarə ilə gələrkən, pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq bu mənzərəni burada seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir”. Dövlət başçısı qeyd edib ki, Rizənin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir: “Amma ən böyük sərvət bu bölgənin insanlarıdır, mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara! Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rizə Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş edib. Buna görə Sizə minnətdarıq. Bütün Türk Dünyası sizinlə fəxr edir. Bir daha sizi bu gözəl hadisə, hava limanının açılışı münasibətilə təbrik edirəm. Yaşasın Rizə! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan Birliyi”.

"İKİNCİ QARABAĞ SAVAŞI BİZİM MÜŞTƏRƏK, ŞANLI TARİXİMİZDİR”

“Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin Hava Limanının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Prezident vurğulayıb ki, biz hər zaman bir yerdəyik - xoş günlərdə də, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərib: “İlk saatlardan savaşın son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, şanlı tariximizdir, 30 illik işğala son qoyduq. Savaşın ilk günündə hörmətli Prezident, qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalqız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxu üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər, Şuşa şəhərində Azərbaycanın bayrağı ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı bu qardaşlığı heç vaxt unutmayacaq”. Bəli, bu faktlar bir daha onu göstərir ki, bu gün tarixi köklərə bağlanan qardaşlıq birliyi bundan sonra da daha da möhkəmlənəcək. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi. Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq". Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Göründüyü kimi, bütün bunlar bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Dövlət başçımızın dediyi kimi: "Bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq".

“BİZ TÜRKİYƏ İLƏ HƏM DOSTUQ, HƏM QARDAŞIQ, HƏM DƏ ARTIQ RƏSMƏN MÜTTƏFİQİK”

Prezident İlham Əliyev çıxış zamanı bildirib ki, bu gün də biz bir yerdəyik, Qarabağın inşasında bərabər, çiyin-çiyinə çalışırıq və bir çox Türkiyə şirkətləri, o cümlədən bu gözəl Rize-Artvin Hava Limanını inşa edən şirkət də Qarabağda inşaat işləri ilə məşğuldur: “Minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın inşası ilə bağlı öz işini görür, öz sözünü deyir”. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir: “Ölkələrimiz çox böyük sınaqlardan keçib. Keçən il bizim tarixli və qədim şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”. Bəli, dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanan reallığın təcəssümüdür. Və istər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərləri, istərsə də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri, səfərlər çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.

GÜCLƏNƏN BİR AZƏRBAYCAN, GÜCLƏNƏN BİR TÜRKİYƏ VARDIR

Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq. Çünki bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir və bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Bütün bunların fonunda Prezident İlham Əliyevin bu gün Türkiyə üçün önəmli bir gündə qardaş ölkədə olması olduqca əlamətdar bir hadisədir. Sözügedən bu böyük tədbir bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə dövlətləri, liderləri və xalqlarımız arasındakı münasibətlər müqayisə olunmaz bir birliyə söykənir. Bu birlik isə hər iki dövlətin bu günü ilə yanaşı, sözsüz ki, işıqlı gələcəyini də təmin edir. Çünki bu dövlət başçımızın dediyi kimi: «Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik».

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə