Ermənilərin şeytan məsələsi, yaxud ermənilər sülhdən niyə imtina edir? - ANALİZ

Ermənilərin şeytan məsələsi, yaxud ermənilər sülhdən niyə imtina edir? - ANALİZ

Ermənilərin ağlı çaşıb. Bunu təkçə İrəvanda keçililən və Paşinyanı devirmək üçün etiraz aksiyalarına qatılan revanşist, daha dəqiq desək ağıldan kəm, “hirsi çox, qüvvəsi olmayan” ermənilərin tərz-hərəkətlərində görmək olmur, bunu Ermənistanın din xadimi, özünü ağıllı sayan tanınmış bir erməninin ağzından eşitmək fürsəti də əlimizə düşdü. Bəs nə deyir bu “hay”? Deyir ki, "44 günlük müharibədə “Arçax ordusunu məğlub edən Azərbaycana Türkiyə, Pakistan, Belarus, İsrail, Çin və Yaponiya hərtərəfli dəstək verirdi, onların köməyi olmasaydı erməniləri məğlub etmək mümkün deyildi. Təkcə Çin Azərbaycana 14 milyard dollarlıq yardım etmişdi. Buna da səbəb Rusiyanı oyundankənar vəziyyətə salmaq idi(?!)”. Və ən əsası bu ikiayaqlı subyekt iddia edir ki, erməniləri bu müharibədə Azərbaycan yox, şeytan məğlub edib.

El arasında bir məsəl var, deyir hamı dəli olanda mollanın üstünə qaçır, bəs molla dəli olanda nə etsin”. Ermənistan televiziyasına açıqlama verən erməni də keşişdir. Görəsən, dəli olan, ağlı çaşan, içinə cin girən ermənilər bu keşişin yanına gedirsə, bu keşişin dəlilik əlaməti üzə çıxanda o hara üz tutsun. Həqiqətən düşündürücü məsələdir. Qarabağın arxiyepiskopu Paqrav Martirosyan adlı keşişdən danışırıq. Bu erməni "pop"u o qədər özündən müştəbeh, razı danışır, o qədər tarixi qələtlər edir ki, adamın təəssüf etməkdən başqa əlacı qalmır. Təəssüfümüz də budur ki, gör, Tanrı bizi kiminlə qonşu edib, yaxud erməniləri Qafqaza sürüyüb leş kimi gətirən qüvvələr bununla başımıza nə müsibətlər gətiriblər? Ermənilərin qanmazını demirik, "ağıllıları"nı dinlədikcə, onların milli kimlik barədə fikirlərinə qulaq asdıqca bu ikiayaqlıları bizə qonşu edənlərin yeddiarxa dönənlərinə lənət oxumaqdan özümüzü saxlaya bilmirik.

Ola bilsin ki, ermənilər Hindistan, Efiopiya səhralarında, Yunanıstanın ilan mələyən adalarında min il, lap dinozavrlardan da qabaq yaşayıblar. Nə deyirik, Allah yer üzünə təkcə Adəm övladlarını göndərməyib, həm də insan cildində şeytanı da göndərib, ermənilərin timsalında. Amma dəqiq bilirik ki, onları Qafqaza göndərməyib. Antropoloji quruluşuna görə ermənilərin qafqazlı olmadıqları bütün mənbələrdə sübuta yetirildiyi barədə məlumatlar var. Onların bir qismi, adı erməni olan lakin özü erməni kökənli olmayan, qafqazlılara bənzəyənləri erməni deyillər, bu dəqiqdir. Onlar müsəlmanlığı qəbul etməyən albanların bir hissəsidir, sonradan erməniləşdirilmələri bir ehtimal deyil. Digərləri isə özlərini erməni hesab edirlər, görünüşcə Hindistanda yaşayan qaraçılara bənzəyirlər. Yəni, Ermənistanda, o cümlədən Qafqazda yaşayan ermənilər aborigen xalq hesab edilmirlər.

Ermənilər niyə sülh istəmir?

Qayıdaq Paqrav Martirosyan adlı keşişin fikirlərinə. Özünü Qarabağın arxiyepiskopu hesab edən (dərə xəlvət, tülkü bəy, dini mərkəzlərin gözündən, qulağından uzaq Qarabağda özünü lap Roma Papası da adlandırmaq olar - müəllif) bu erməni əvvəlcə Cənubi Qafqazın, eyni zamanda Qarabağın tarixindən danışır, yalanlarını sıralayır, az qala bütün Qafqazın ermənilərə məxsus olduğu barədə başından yekə qələtlər edir və... Və sonda II Qarabağ müharibəsində ermənilərin məğlub olmalarının səbəbini açıqlayır. Daha doğrusu məğlubiyyətə ermənisayağı don geyindirir. Onu da xüsusi olaraq qeyd edək ki, 44 günlük müharibədən ötən il yarım müddət ərzində hələ bir dəfə də olsun ermənilərin müharibənin nəticələri barədə nə rəsmi, nə də qeyri-rəsmi şəkildə doğru-dürüst fikir eşitməmişik. Hamısı məğlubiyyətə bir cür don geyindirir, səbəbi ermənilərdən başqa hər yerdə axtarırlar. Əvvəlcə dedilər ki, Azərbaycan tərəfdən Türkiyə Ordusu döyüşürdü, sonra suriyalı terrorçulardan danışdılar, liviyalı bədəvilərdən, afrikalı zəncilərdən miflər düzəltdilər, bəzən "Yaşma kömək etməsəydi, biz azərbaycanlıları məğlub edəcəkdik" kimi sərsəm cümləni də alınlarına həkk elədilər. Anlamaq hissini unudan ermənilər qanmadılar ki, Yaşma elə Azərbaycanın özünün illər uzunu yetişdirdiyi xüsusi təyinatlılarıdır. Bu binəvalar elə təsəvvür edirlər ki, "Yaşma" ya hansısa dövlət, ya da xarici ölkələrdən birinin ordusudur. "Türkiyə ordusu ermənilərə qarşı döyüşür", deyəndə "Bayrakdar"ları nəzərdə tutanan erməni qanmazlar anlamaq istəmirlər ki, bu hava şahinləri vasitəsilə başlarına od ələyənlər Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləridir. Bəs erməniləri bu yalanları uydurmağa nə vadar edir? Əlbəttə bu iddialar səbəbsiz deyil, ermənilər məğlubiyyətlərini qəbul etmək istəmirlər və bu sayaq bəhanələr uydururlar. Paqrav Martirosyan da erməni televiziyasına açıqlamasında soydaşlarının cəfəng fikirlərinin bir az da qüvvətləndirib. 1921-ci il hadisələrindən danışan keşiş bildirib ki, "Stalinin əmri ilə Ermənistanın bütün torpaqları Azərbaycan və Türkiyə arasında bölüşdürülüb. Naxçıvan və "Artsax" Azərbaycanın tərkibinə verilib. 1948, 1957, və 1967-ci illərdə SSRİ hökumətinə edilən müraciətlər eşidilməyib. Kosıgin "hə" desə də, Suslovun göstərişi ilə Qarabağın Ermənistana verilməsi məsələsi gündəmdən çıxarılıb, bir sözlə rədd edilib. 1987-ci ilə qədər ermənilər Qarabağ hərəkatına hazırlaşıblar və müharibə qaçılmaz olub". Keşiş bütün bunlardan başqa hər kəsi qandırmağa çalışır ki, ermənilər heç vaxt başqasına pislik etməyiblər, bu bizim taleyimizdir. Biz aqressor deyilik, ona görə də Allah bizimlədir", deyib. Əlavə edib ki, "Artsaxın (Ermənistanı da yox - müəllif) məğlub olmasına səbəb Azərbaycana Türkiyə, Pakistan, Rusiya, Belarus, İsrail, Çin, Yaponiya dövlətlərinin, suriyalı və liviyalı terroristlərin dəstəyi olub. Erməniləri şeytan məğlub etdi, insan yox".

İlanın ağına da, qarasına da...

Keşişdən siyasətçiyə keçək, görək dindar erməni ilə siyasətçi erməninin düşüncəsində bir fərqlilik varmı, yoxsa bütün ermənilər yalançılıq sindromundan əziyyət çəkirlər? Ermənistan "Respublika" Partiyasının sədr müavini Armen Aşotyan Ermənistan hakimiyyətinin Azərbaycana göndərdiyi 6 təklifi şərh edərkən bildirib ki, bu, tamamilə biabırçılıqdır. Yəni, uzun müddətdir ki, heç kim Azərbaycana və beynəlxalq ictimaiyyətə Ermənistanın siyasi, diplomatik düşüncəsini, potensialını ələ salmaq üçün belə əsas verməyib: “Bu altı təklif deyilənlər sadəcə olaraq heç bir ciddi intellektual siyasi əsəri ehtiva etməyən aşağı dərəcəli essedir və ondan hər hansı faydalı siyasi nəticə gözləmək sadəlövhlük olardı”.

Aşotyan Ermənistan hakimiyyətinin "Ermənistan MDB-yə daxil olarkən Azərbaycanın ərazi bütövlüyünü tanyıb" fikrini əsassız adlandırıb. Qeyd edib ki, Ermənistan MDB-yə daxil olarkən yalnız Azərbaycana qarşı ərazi iddialarının olmadığını bəyan edib: "Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb, lakin ərazi bütövlüyünün tanınması prinsipi ATƏT-in Minsk Qrupu həmsədrlərinin Artsax nizamlanmasının üç prinsipindən biridir". Yəni, Ermənistan 1992-ci ildə birtərəfli qaydada, heç bir beynəlxalq sənədlərə istinad etmədən Qarabağı öz ərazisi hesan eib və özündəki sənədlər üzərində kiçik redaktə işləri aparmaqla bu əməliyyata hüquqi don geyindirib.

Üçüncü təklifə gəlincə, Armen Aşotyan qeyd edib ki, burada deyilir ki, erməni tərəfi üçün həllin əsas məsələləri təhlükəsizliyin təmin edilməsi, Qarabağ ermənilərinin hüquq və azadlıqlarına hörmət, eləcə də Qarabağın yekun statusudur. Amma Armenin bu iddiası heç bir qanuna, beynəlxalq qaydalara sığmadığını, yalnız ermənilərin uydurduğu ssenarilərə uyğun gəldiyini deyə bilərik. Bununla da ermənilərin 30 illik işğaldan sonra və 44 günlük müharibədə Azərbaycan ordusundan aldıqları şapalağa rəğmən ağıllanmadıqları göz qabağındadır. Aşotyan Qarabağın Azərbaycanın tərkibində qalmasını Paşinyan hakimiyyətinin xəyanəti hesab edir. Amma reallıq budur ki, Paşinyan istəsə də, istəməsə də, sənədlərə imza atsa da, atmasa da Qarabağ Azərbaycandır.

Qeyd edək ki, Ermənistanda baş verən son hadisələr bir daha göstərir ki, revanşistlər, separatçı meylli radikal qüvvələr ölkəni məhvə sürükləyir. Uzun illər Ermənistanı idarə edən işğalçı hərbi xunta başçıları Koçaryan və Sarkisyan rejimi yenidən erməni xalqını qırğına vermək istəyir. Azərbaycan dövləti 44 günlük Vətən Müharibəsi zamanı işğalçı Ermənistana layiqli dərs verib, işğalçı ordu darmadağın edilib. Amma bu gün İrəvan küçələrində kütləvi etirazlar və iğtişaşlar törədən qüvvələr görünür "Dəmir Yumruğun" sarsıdıcı zərbəsindən yetərindcə nəticə çıxara bilməyiblər. Azərbaycan dövləti istənilən ssenariyə hazırdır. Əgər revanşistlər 3-cü müharibənin başlanmasını istəyirlərsə, qüdrətli ordumuz düşməni yenidən darmadağın etməyə qadirdir. Ermənistanı yeni müharibəyə sürükləyən qüvvələr anlamalıdır ki, bu nəinki onların, ümumilikdə ölkələrinin sonu ola bilər. Müharibə başlayarsa Azərbaycan ordusu ildırım sürətli döyüş əməliyyatları tətbiq edəcək. Ermənistan bu acı və faciəvi nəticələrə hazır olsun.

Brüssel sülh gündəliyinə uyğun olaraq danışıqlar həyata keçirilir və Ermənistanla-Azərbaycan arasında sərhədlərin dermitasiyası, bölgədəki nəqliyyat, iqtisadi əlaqələrin bərpası eləcə də sülh müqaviləsinin imzalanması ilə bağlı geniş miqyaslı bir proses keçirilir. Lakin Ermənistan bu prosesə mənfi təsir göstərmək istiqamətində fəaliyyət göstərir. Həmçinin bu hadisələrdə kənar güclərində təsiri istisna deyil. Bu baxımdan Ermənistan həm də hərbi-siyasi təxribatlar yolu ilə regiondakı müsbət proseslərə kölgə salmağa çalışır. Bütün bu proseslər mənfi təsir göstərmək istiqamətində edilən təşəbbüslər bir nəticə verməyəcək. Çünki Azərbaycanın siyasi iradəsi və qətiyyəti sayəsində ortaya qoyulan bütün hədəflərə çatmaq prioritet məsələ təşkil edir.

Bəli bu gün rusiyayönlü müxalifət Ermənistanın paytaxtı, qədim Azərbaycan şəhəri olan İrəvanın küçələrində rəsmi Bakının sülh təklifinə qarşı qeyri-adekvat reaksiyalar sərgiləyir, erməniləri revanşa səsləyir və bunun üçün öncə Paşinyanı devrirməyə çalışır. Çox mümkündür ki, aksiya iştirakçılarının boynuna ip keçirib 10 gündür ki, Ermənistanın iri şəhərlərini küşəbəküçə gəzdirənlər göstərişi Moskvadan alırlar. Çünki, aksiyaların üzdə görünən rəhbərləri Saqatelyan-Vanetsyan olsalar da, əslində bu məxlətəni salmağa çalışan qüvvələrin arxasındakı əllərdən biri Putinin dosti Koçaryan, digəri isə siyasi düşüncəsinə görə sələfinfən geri qalmayan Serj Sarkisyandır. Hər ikisi "Qarabağ klanı"nın həmsədrləridir, 30 il bundan əvvəl iki xalq arasında münaqişəni alovlandıran gədələr də bunlardır, Qarabağ kartından istifadə edib şəxsi bizneslərini, var dövlətlərini günbəgün artıran oliqarx-prezidentlər də bunlardır. Onların indiyədək gəliri, çörəyi bu münaqişədən çıxıb. Əgər Qarabağda, daha doğrusu Azərbaycanla Ermənistan arasında sülh yaransa, vəziyyət normallaşsa bu binəvalar acından ölməyəcəkmi? Sizcə, bunlar sülh istəyərlərmi?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə