Bizə aid olanı biz aldıq - SABİQ SƏFİR AÇIQLADI

"Şuşa Qafqazın incisi, Azərbaycanın ürəyinin bir parçasıdır. Bu il də Şuşada 28 ildən sonra ikinci dəfə “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirildi". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, bu il “Xarıbülbül” festivalı daha coşqulu keçirilir: "Bu ilki festivalda Azərbaycanda yaşayan etnik qruplara bölünən xalqlar da iştirak edir. Gələn il Şuşanın 270 illiyi qeyd olunacaq. Şuşa sadəcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının şəhəridir.

Bildiyimiz kimi 2023-cü il Şuşa türk dünyasının" Mədəniyyət paytaxtı" elan edildi. Şuşa əziz bir məbəddir. Şuşanın azad olunması ilə Ermənistan Azərbaycan qarşısında diz çökdü. Bizə aid olanı biz aldıq. Bununla bağlı kiminsə sözü olmamalıdır. Şuşa bundan sonra cənnət məkanına çevriləcək. Cənab Prezidentin Şuşadakı çıxışı bütün türk dünyasında çox xoş qarşılanır. Bu gün yenə Cıdır düzündə insanlar əylənir, gözəl günlər keçirir. Şuşa türk dünyası musiqisinin beşiyidir. Şuşa bundan sonra daha da inkişaf edəcək və dünyanın diqqət mərkəzinə çevriləcək. Azərbaycanda və Türkiyədə bu gün çoxlu sayda erməni əsilli Azərbaycan və Türkiyə vətəndaşı var. Biz xalq düşməni deyilik, əksinə onların dostuyuq. Erməni siyasətçilərinin etdiyi səhvləri bu gün ermənilər ödəyir. Ermənistandakı siyasətçilər erməni xalqını kasıblaşdırdı. Biz sülh və əmin-amanlığın olmasını istəyirik".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...