Adyunkturaya qəbul imtahanından keçən çağırışçılara möhlət verilməsi təsdiqlənib

Adyunkturaya qəbul imtahanından keçən çağırışçılara möhlət verilməsi təsdiqlənib

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edib.

Dəyişikliyə əsasən, adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək.

Bu, təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə