PREZİDENT İLHAM ƏLİYEV: "Əziz Şuşa, sənə azadlıq yaraşır…"
Lider o şəxsiyyətdir ki, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, reallaşdırır, cəmiyyətin enerjisinin səfərbər edilməsilə insanların taleyində əhəmiyyətli faktora çevrilir. Artıq 19 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub. Artıq bir il yarımdan çox zaman müddətində Azərbaycan xalqı, bütün türk dünyası qürurlu günlərini yaşayır. Bu qüruru, bu sevinci bizə bəxş edən 30 il işğalçı Ermənistanın təsiri altında olan Qarabağımızın qovuşmasına 44 gün ərzində Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev «Dəmir yumruq» siyasəti ilə Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərimizin qanı, canı bahasına Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatını imzalandı.
"QARABAĞ AZƏRBAYCANDIR!" REALLIĞI 44 GÜNDƏ – MÜMKÜNSÜZÜ MÜMKÜN ETDİ
30 ilə yaxın dilimizdən düşməyən gün o gün olsuna, ürəyimizdə qübara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalımız 44 gün ərzində gerçəkləşdi. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDASI qoyuldu! Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. 8 noyabr isə Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Ali Baş Komandanımız İlham Əliyev 10 noyabr gecəsi doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: «Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır".Və bu qələbədən dərhal sonra, 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri, bu səfər çərçivəsində ölkə Prezidentinin Füzulidən Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verməsi xalqımızda böyük ruh yüksəkliyi, qürur hissi yaratdı. Tarixi torpaqlarımıza edilən ilk səfər Böyük Qayıdışın başlanmasından xəbər verdi. Diqqət yetirsək görərik ki, ötən il dövlət başçısının bölgələrə 47 dəfə səfəri olmuşdur ki, bunların 32-si işğaldan azad edilmiş ərazilərə idi. 32 səfərin 7-si isə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşa şəhərinə idi. Mədəniyyət paytaxtımız Şuşa iki ilə yaxındır ki, çal-çağırlı, toy-büsatlıdır. Hər gün qonaqlarını qarşılayan musiqi beşiyimiz 28 ildən sonra «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpəsından sevinclidir. Artıq ikinci dəfədir ki, «Xarıbülbül» musiqi festivalı keçirilir: «Şuşa tarixi sahibinə qovuşduğu gündən neçə-neçə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi, iki dost Azərbaycan və Türkiyənin müəttəfiqliyini tədiqləyən sənədin imzalanmasına şahidlik edib. Şuşa 28 ildən sonra dünyanın müxtəlif ölkələrində yaşayan, hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində əsas amillərdən olan diplomatik mübarizədə Azərbaycanın Qələbəsinə öz töhfələrini verməyə səy göstərən və 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizdə payı olan dünya azərbaycanlılarını bir araya gətirib dünyaya səs salan Zəfər Qurultayına ev sahibliyi etdi.
Cari ilin mayın 10-da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli və Şuşa şəhərlərinə səfərləri öz rəmzi mənası ilə diqqətdədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin doğum günündə reallaşan bu səfər bir daha ata vəsiyyətinin yerinə yetirilməsindən yaranan sevincin, qürurun təqdimatı oldu. Ölkə Prezidenti Şuşadan müraciətində də bu məqamı xüsusi qeyd etmişdir: «Mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir və Qarabağ Azərbaycandır!" Və bu gün bütün Azərbaycan xalqı, bütün türk dünyası fəxr edir, sevinir ki, mümkünsüzü mümkün edən, tarixi Qələbəmizi reallaşdıran Prezidentimiz dövlətimizi daha firavan gələcəyə aparır, xalqımızın bütün istəklərini həyata keçirir. Bax budur, hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaq!
"AZƏRBAYCAN XALQI ŞUŞADA BUNDAN SONRA ƏBƏDİ YAŞAYACAQ"
Hər gün qonaqlarını qarşılayan musiqi beşiyimiz Şuşa yenə "Xarıbülbül" Beynəlxalq Festivalına ev sahibliyi edir. Bu münasibətlə Şuşada bir başqa təntənə var. Bu dəfə ölkəmizin dünyadakı nüfuzuna inanan və hörmət edən, Qarabağda sülhün və sabitliyin hökm sürdüyünə əmin olan ölkələr mədəniyyət və incəsənət təmsilçilərini Şuşaya göndərməkdən çəkinməyiblər. 28 ildən sonra «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpasından sevinclidir. Artıq Şuşa tarixi sahibinə qovuşduğu gündən neçə-neçə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi, iki dost Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən sənədin imzalanmasına şahidlik edib. Artıq ikinci dəfədir ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı bütün dünyaya xalqımızın mədəniyyətini, sülhpərvərliyini, millətlərin barış və anlaşma eşqi ilə yaşamaq arzusunu nümayiş etdirir. Bir zamanlar işğalçının xaraba qoyub cinayət yuvasına, zülmətə çevirdiyi Azərbaycan şəhəri Şuşa bu gün dünyaya mədəniyyət işığı saçır. Məhz biz azərbaycanlıların böyüklüyü də elə budur!
"XARIBÜLBÜL" BU İL DƏ DÜNYANI ŞUŞANIN SEYRİNƏ ÇAĞIRIR
12-14 may tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı dünyanı Şuşanın seyrinə çağırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər. Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar. Festivalın açılış konserti Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Vətən süitası” ilə başladı. Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində qeyd etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaqdır. Ötənilki festivalın açılış mərasimində isə dövlətimizin başçısı “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”, - demişdi. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi Prezidentimizin həmin fikirlərinin əyani təsdiqidir.1990-cı ildən beynəlxalq status alan “Xarıbülbül” festivalı qələbədən sonra 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.
“XARIBÜLBÜL” FESTİVALI – ŞUŞADAN DÜNYAYA HUMANİZM MESAJI
Bəli, bu gün Şuşa bizim üçün yalnız yaşayış məskəni və ərazi anlamı daşımır. Şuşa, xüsusilə, Xarıbülbül milli-mənəvi simvol olaraq hər bir azərbaycanlı üçün yüksək dəyər və müqəddəslik etalonudur. Əgər Şuşa Qafqazın milli konservatoriyası, bütövlükdə türk dünyasının ortaq mədəniyyət mərkəzi kimi tanınırsa, Xarıbülbül isə 44 günlük Vətən savaşının şəhidlik və zəfər çələngidir.Ali Baş Komandan, Prezident İlham Əliyevin iştirakı ilə Şuşada V “Xarıbülbül” Beyəlxalq Folklor Festivalının keçirilməsi sıradan bir mədəniyyət hadisəsi deyil, bu, həm də Azərbaycanın bütün dünyaya musiqi dolu humanizm mesajıdır. Bu, həm də onu bildirir ki, bizim kimsənin torpağında gözümüz yoxdur, biz bütün xalqlara, onların adət- ənənələrinə, dəyərlərinə hörmətlə yanaşırıq. Və biz ümummilli liderin dərin dövlətçilik strategiyası, mükəmməl siyasi kursu ilə daha güclü və yenilməz Azərbaycanı qura bildik. Prezident İlham Əliyev mayın 10-da “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında müraciətində də ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə bura, azad edilən Qarabağa mütləq gələcəyini və buna əməl etdiyini diqqətə çatdırdı: “Ulu öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq”.
Bu yerdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə müdrik uzaqgörənliklə söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik” sözlərinin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşa şəhərinin azad edilməsi münasibətilə 2020-ci il noyabrın 8-də xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. Və bir daha bizə bu sevinci, bu xoşbəxtliyi yaşadan, bizi doğma Şuşamıza, xan Qarabağa qaytaran, təbiətin bu əsrarəngiz gözəlliyini özümüzə qaytaran Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB