Qaşınmayan yerdən qan çıxartmaq istəyirlər - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
Son günlər fəallaşmış “5-ci kolon” fəalları ciddi cəhdlə Azərbaycanda insan hüquqularının pozulduğu, guya ictimai fəllara basqıların təşkil olunduğu, onlara qarşı zorakılıq həyata keçirdiyi görüntüsü yaratmaq istəyirlər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev SİA-ya bildirib ki, bəzi insanlar var ki, qaşınmayan yerdən qan çıxartmaq istəyirlər: "Bəziləri sosial narazılığı, insanların səmimi hisslərini apardıqları siyasətə bağlayıb, onu eybəcərləşdirib, üzərindən qoşa yağlı bir xətt çəkməyə çalışırlar. Hesab edirəm ki, ayrı-ayrı fərdlərin kimlərsə şəxsi probleminə yönəlməli deyil. Bir çox məsələlər müzakirə olunmalı və danışılmalıdır. Bu gün Azərbaycanda kifayət qədər sosial, iqtisadi problemlər var. Bu məsələlər müzakirə olunur. İstər parlament, istər hökumət səviyyəsində bu məsələlər müzakirə olunaraq həll yolu tapılır. Amma bütün bunların hamısını kimlərinsə şəxsi problemlərinə bağlamaq həmin məsələni həll etmir əksinə bərbad gününə qoyur".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB