Ermənilər Qarabağda bütün sivilzasiyanı dağıtmışdılar - MİLLƏT VƏKİLİ AÇIQLADI
“Cənab Prezident vaxtaşırı işğaldan azad olunan ərazilərə səfər edir. Bu səfərlər zaman cənab preizdent həm orada aparılan bərpa işləri ilə tanış olur, həm də yeni obyektlərin açılışını edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, bu bir daha Azərbaycan dövlətinin əvvəllər Ermənistanın işğalı altında olan torpaqlara yenidən həyatın qaytarılması üçün böyük işlərin növbəti göstəricisidir: “30 il ərzində Ermənistan həmin əraziləri viran gününə qoyaraq, bütün infrastrukturu dağıdıblar. Bir sözlə orada sivil yaşayışdan bir nümunə belə saxlamayıblar. Lakin onlardan fərqli olaraq Azərbaycan öz əhalisi üçün respublika ərazisində bütün müasir yaşayış səviyyəsini təmin edir. İşğaldan azad olunan torpaqlarda dağıdılmış rayon və şəhərlərin, hətta qəsəbələrin bərpası dövlətin qarşısında duran vacib məsələlərdən biridir. Düzdür, bu qısa zamanda başa gəlməyəcək. Çünki ərazilərin təhlükəsizliyi təmin edilməsi üçün minalardan təmizlənməlidir. Füzuli şəhərində cənab Prezident İlham Əliyevin və birinci vitse-preizdent Mehriban xanım Əliyevanın iştirakı ilə iki böyük vacib təşkilatın binasının əsasının qoyulması, mərkəzi parkda ağacın əkilməsi onu göstərir ki, böyük qayıdışla bağlı ciddi hazırlıq gedir. Fikrimcə, çox çəkməz bütün bölgələrimiz və o cümlədən də Füzuli rayonu da Prezidentin diqqəti, qayğısı nəticəsində qaynar həyata qayıdar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB