Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib. Bu barədə SİA-ya AQTA-dan məlumat verilib.
Bildirilib ki, Qoşqar Təhməzlinin rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistan kənd təsərrüfatı nazirinin müavini Kaxramon Yuldaşev, Bitki Karantini və Mühafizəsi üzrə Agentliyin rəhbəri İbrahim Erqaşev, Baytarlıq və Heyvandarlığın İnkişafı Dövlət Komitəsi sədrinin birinci müavini Şuxrat Cabbarov və Sanitar-Epidemioloji Rifah və Əhalinin Sağlamlığı Xidmətinin rəisi Baxadir Yusupaliyevin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb.
Görüşlərdə Q. Təhməzli dövlət başçısı tərəfindən aparılan institusional islahatlar çərçivəsində yaranan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin missiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, Agentlik ölkədə qida təhlükəsizliyi, insanların sağlam və təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması istiqamətində mühüm işlər həyata keçirir. Bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirən AQTA fəaliyyətini Ümümdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE), Kodeks Alimentarius Komissiyası, Beynəlxalq Bitki Sağlamlığı Konvensiyası Təşkilatı (IPPC) və digər beynəlxalq təşkilatlarla sıx əlaqələr üzərində qurub. Eyni zamanda qida sahəsində idxal-ixrac məsələləri, ticarət dövriyyəsində qida təhlükəsizliyi kimi istiqamətləri diqqətdə saxlayan AQTA-nın fəaliyyət dairəsinə aşağı, orta və yuxarı riskli məhsullara sərhəd keçid məntəqələrində nəzarət də daxildir.
Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə keçirilən görüşdə gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib, xüsusən kənd təsərrüfatı məhsullarının idxal və ixracı üzrə nazirliyin işinin digər dövlət orqanları ilə əlaqəli şəkildə qurulması ilə bağlı məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB