Tez bir zamanda cənnət Qarabağımıza qayıdacağıq - DEPUTAT ŞƏRH ETDİ
“Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva mütəmadi şəkildə Qarabağa səfər edir və buradakı bərpa, quruculuq işləri ilə yaxından tanış olurlar. Onlar bütövlükdə Böyük Qayıdış layihəsini öz nəzarətlərində saxlayırlar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, bu ərazilərdə bir çox işlər görülüb və sürətlə işlər davam etdirilir:
“Burada hər bir iş plan üzrə davam etdirilir. Buradakı bir çox layihələr ümumi Böyük Qayıdış proqramının tərkib hissəsidir. Cənab Prezident buradakı hər biri detalı öz nəzarəti altında saxlayır. Eyni zamanda, burada görülən işlərdə Heydər Əliyev fondunun da böyük rolu var. Səfərlər zamanı Mehriban xanım Əliyeva da cənab Prezidentlə birgə buradakı işlərlə tanış olur, öz töhfəsini verir.
Ümidvarıq ki, cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun səyləri nəticəsində biz yenidən qurulmuş, cənnət Qarabağımıza tez bir zamanda qayıdacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB