Qarabağdakı quruculuq işləri Prezidentin diqqət mərkəzindədir - DEPUTAT ŞƏRH ETDİ

Qarabağdakı quruculuq işləri Prezidentin diqqət mərkəzindədir - DEPUTAT ŞƏRH ETDİ

“Möhtərəm Prezident cənab İlham Əliyev may ayının 10-da Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Şuşa şəhərinə səfər etdi. Təbii ki, Şuşa şəhərinə səfərində cənab Prezident və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məhz may ayının 10-da Şuşa şəhərində olması məhz bir rəmzi məna daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, çünki biz dəfələrlə, hələ Ulu Öndər Heydər Əliyevin özünün işğalda olan torpaqlarımızın mütləq şəkildə azad olunacağını qeyd edərkən, Şuşanın Qarabağın incisi olduğunu və Şuşasız Qarabağın, Qarabağsız isə Azərbaycanın olmadığının qeyd edib: “Təbii ki, cənab Prezident artıq Şuşada qalasından, Şuşadan verdiyi bəyanat və müraciətin özü hesab edirəm ki, bu səfəri bütünlüklə xarakterizə edir. Çünki cənab Prezident qeyd etdi ki, may ayının 10-da mütləq orada olmalı və Ulu Öndərin xatirəsini öz ehtiramımı buradan bildirməli idim. Təbii ki, bizim burada əbədi yaşamağımız üçün Azərbaycanın milli, mədəni dəyərlərinin simvolu olan və onu özündə yaşadan Şuşada görülən işlərlə də tanış olundu. Burada tarixi abidələrin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondu tərəfindən quruculuq işlərini ilə yaxından tanış oldu. İlk öncə Füzuli şəhərində peşə liseyinin təməl qoyma mərasimində və yeni tipli mərkəzi xəstəxanın təməlinin qoyulması mərasimlərində iştirak etdilər.

Eyni zamanda Şuşada məktəbin bərpa işləri ilə tanış olan cənab Prezident burada da bir çox açılış mərasimlərində iştirak etdi. Heydər Əliyev Fondu tərəfindən bərpası həyata keçirləcək Mehmandarovların malikə kompleksində də aparılan bərpa işləri ilə yaxından tanış olublar. Məhz bu cür açılışlar zamanı Heydər Əliyevin doğum günü ilə bağlı etdiyi müraciətdə də Şuşaya səfərin və burada görülən işlərin əhəmiyyəti özünü göstərdi. Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdırdı. Cənab Prezident İlham Əliyev isə bütün dünyanı Azərbaycana gətirdi. Bu gün Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Bu hər birimiz üçün olduqca qürurverici haldır. Bu gün isə Füzulidə, Şuşada cənab Prezident iştirak etməklə Qarabağın inkişafında hər bir elementə özünün diqqət edəcəyi mesajını da verdi. Azərbaycan Zəngəzur dəhlizi ilə dünyanın logistik mərkəzinə çevriləcək. Bir sözlə hazırda Qarabağda aparılan bütün bərpa və quruculuq işlərinin hər biri cənab Prezidentin diqqət mərkəzindədir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə