“Sülh prosesinin alternativi yoxdur” AÇIQLAMA

“Sülh prosesinin alternativi yoxdur” AÇIQLAMA

“Ermənistanda hakimiyyət əleyhinə nümayişlər demək olar ki, hər gün keçirilir. İrəvanın əsas küçə və prospektlərində toplaşan insanların siyasi mövqeyi, şüarları bundan ibarətdir ki, Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökumət istefa verməlidir”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsində olan məğlubiyyəti Paşinyanın siyasi xətti ilə əlaqələndirirlər və onu xain və satqın adlandırırlar: “Qeyd etməliyik ki, “Qarabağ klanı” xüsusilə aktivləşib, Brüssel sülh gündəliyinə rəğmən “Qarabağ klanı” müxtəlif güclərin dəstəyi ilə sülh prosesini pozamağa da cəhdlər göstərirlər. Bu, tamamilə qəbul olunmazdır, hətta Azərbaycanın xarici işlər naziri də Ermənistanın daxilində baş verən neqativ ab-havaya münasibət bildirib. Bu, ona işarədir ki, rəsmi Bakı hər şeyi diqqətlə izləyir və irəli sürülən yersiz arqumentlər aradan qaldırılmalıdır, sülh prosesinin alternativi yoxdur və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Həm sərhədlərarası komissiyanın çağırılması və təhlükəsizlik zəmanətlərin verilməsi mütləq xarakter daşıyır. Digər tərəfdən Ermənistan-Azərbaycan sərhədində də biz atəşkəs rejiminin pozulmasını müşahidə edirik. Azərbaycanın mövqeləri aramsız olaraq atəşə tutulur. Bu da sülhə və təhlükəsizlik mühütünə böyük zərbədir. Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsinin imzalanmasının, sərhədlərin delmitasiya olmasının, iqtisadi nəqliyyat əlaqələrinin bərpa olunmasının tərəfdarıdır. Lakin Ermənistanda revanşistlər, daşnaqlar, radikal kəsim hakimiyyətə can atır. Onların hakimiyyətə gəlməsi böyük ölçüdə sülhə mənfi təsir göstərəcək”.

İ.Hüseynov onu da bildirdi ki, Ermənistanda “Qarabağ klanı”nın heç bir sosial bazası yoxdur, buna ən bariz nümunə Ermənistanda keçən il iyun ayında keçirilmiş növbədənkənar parlament seçkiləridir: “Müharibədə məğlubiyyətin baş verməsinə və Ermənistanın baş nazirinin kapitulyasiya aktının imzalanmasına baxmayaraq, insanlar müharibəyə “yox” dedi, “Qarabağ klanı”na “yox” dedi və Nikol Paşinyana tərəfdar çıxdılar. Buna görə də, Ermənistada müxalif kəsimin sosial bazası və elektoratı yoxdur, yalnız populizim üzərində hakimiyyətə gələrək düşmənçiliyi təşviq etmək məkrli niyyətlərdən xəbər verir. Ermənistanda müxalifət də yaxşı başa düşür ki, Türkiyə ilə Azərbaycanla müharibə aparmaq iqtidarında deyillər, bu xüsusda 70 erməni ziyalının müxalifəti tənqid edən çağırışlarla çıxış etməsi də bunu göstərir ki, Ermənistanın daxilində onlara qarşı bir qəbuledilməz mövqe vardır. Uzun illər ərzində Ermənistanın iqtisadi tənəzzülündə talançılıqda, korrupsiya hallarında ən öndə gedən simalar Koçaryan və Sarkisyan olmuşdur. Ona görə də, erməni xalqı yalnız Azərbaycanla Türkiyə ilə münasibətlərin normallaşmasına çalışmaqla siyasi iqtisadi və digər dividentlər qazana bilərlər. Qarabağda olan ermənilərin bir alət kimi istifadə olunması da yolverilməzdir. Buna görə də, Brüssel sülh formatına uyğun olaraq məsələlər tənzimlənməli və eyni zamanda, Rusiyanın vasitəçiliyi ilə imzalanmış 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar və 26 noyabr bəyanatları emplementasiya olunmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə