Amerikalı jurnalist NATO-nu və ABŞ-ı ittiham etdi İDDİA

Amerikalı jurnalist NATO-nu və ABŞ-ı ittiham etdi İDDİA

Endryu Dey: “Vaşinqton buna ciddi yanaşsaydı, münaqişədən yayınmaq olardı”

“Ukraynadakı münaqişənin eskalasiyası ona görə baş verdi ki, Vaşinqton Moskvanın NATO-nun Şərqə doğru genişlənməsindən ehtiyat etməsinə etinasız yanaşdı”. SİA xəbər verir ki, bu barədə amerikalı siyasi şərhçi Endryu Dey “The Week” nəşrindəki məqaləsində yazıb.

Dey hesab edir ki, NATO-nun yalnız müdafiə xarakteri daşıması haqqında deyilən fikirlər yanlışdır.

“ABŞ Ukraynanın mövcudluğu mümkünlüyünün ən pis variantını yaradıb”

“NATO-nun Rusiyaya təhdid edib-etməməsindən asılı olmayaraq Putin hesab edirdi ki, təhdid edir və bu əminlik xüsusi əməliyyatların başlamasına təsirini göstərdi: “Bundan əlavə, həmin ehtiyatlanmalar əvvəlcədən də görünürdü və Vaşinqton buna ciddi yanaşsaydı münaqişədən yayınmaq olardı”, amerikalı siyasi şərhçi qeyd edib.

O, həmçinin yazıb ki, xüsusi əməliyyatlar başlamamışdan əvvəl Ağ ev Moskva ilə alyansın genişlənməsini müzakirə etməyi rədd etdi. Onun fikrincə, bu faktın özü də sirlidir, belə ki, Qərb liderləri özəlliklə Kiyevin NATO-nun üzvü olmayacağını bəyan etdilər.

“ABŞ Ukraynanın mövcudluğu mümkünlüyünün ən pis variantını yaradıb – NATO-nun çətiri altında olmadan, Rusiyanın astanasındakı NATO-nun marioneti”, deyə amerikalı siyasi şərhçi öz məqaləsində yazıb.

Endryu Dey düşünür ki, ABŞ hazırda Ukraynanın neytral dövlət olması üçün iş aparmalıdır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə