Ağcabədidə Ulu Öndərin abidəsi ziyarət edilib FOTOLAR

Ağcabədidə Ulu Öndərin abidəsi ziyarət edilib FOTOLAR

May ayının 10-da səhər saatlarından başlayaraq Ağcabədi ictimaiyyəti rayonun müəssisə və təşkilatının əməkdaşları, Yeni Azərbaycan Partiyasının üzvləri Heydər Əliyev meydanına axışaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Onun abidəsini ziyarət ediblər.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov aparatın bir qrup əməkdaşı ilə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.

Zümrüd

Bütün xəbərlər Facebook səhifəmizdə