YAP Səbail rayon təşkilatı tədbir keçirib - YENİLƏNİB-FOTOLAR

YAP Səbail rayon təşkilatı tədbir keçirib - YENİLƏNİB-FOTOLAR

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə kitabxananın binasındakı “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, dünya şöhrətli siyasətçinin əziz və parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbirdən öncə müasir müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Milli Məclisin deputatı Sadiq Qurbanov, ADİU-nun rektoru Ədalət Muradov, ictimaiyyət nümayəndələri, ziyalılar, veteranlar, fəal gənclər iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən videoçarx nümayiş etdirilib.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın müasir dövrdə beynəlxalq ictimaiyyətdə nüfuzunun artırılmasında müstəsna rolu olduğunu bildirib, Ulu Öndərin ölkəmizin qazandığı uğurlarda müstəsna rolu olduğunu qeyd ediblər. Vurğulanıb ki, Azərbaycanın iqtisadi qüdrətinin artırılmasında Heydər Əliyevin misilsiz rolu olub. Ümummilli Liderin bütün gücünü Azərbaycanın uğurları üçün sərf etdiyi diqqətə çatdırılıb.

Çıxışlarda ulu öndər Heydər Əliyevin gənclərə xüsusi önəm verdiyi bildirilib. Ümummilli Liderin gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil alması üçün şəraitin yaratdığı qeyd edilib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin müasir dövrdə iqtisadi və siyasi uğurlarının ardında ümummilli lider Heydər Əliyevin buraxdığı uğurlu siyasətin olduğu da vurğulanıb.

Tədbirdə çıxış edənlər Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində hər zaman sevinc və qürur hissi ilə xatırlandığını diqqətə çatdırıblar.

Sonra partiyaya yeni qəbul olunmuş üzvlərə YAP vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə