"Hazırda Ukrayna-Rusiya müharibəsində üstünlüyün hansı tərəfdə olması və hansı tərəfin qalib gələcəyi ilə bağlı qəti fikir bildirmək bir qədər çətindir. Bir çox ekspertlərin bu müharibənin bir-iki həftə çəkəcəyi ilə bağlı proqnozlarının tam əksinə olaraq görürük ki, müharibə daha çox uzanır və əvvəlki tempdə olmasa da bu ilin sonuna qədər davam edəcəyi real görünür". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Rusiya-Ukraya müharibəsində vəziyyət bir qədər fərqlidir: "Çünki Rusiya başqa bir ölkənin ərazisində müharibə aparır və hərbi əməliyyatlar yeni başlayanda geniş maştablı hücumlar həyata keçirdi. Bunun nəticəsində ilk mərhələdə ciddi itkilər verdi. Həm də unutmaq olmaz ki, bu müharibəyə qlobal güclər cəlb olunub, ona görə hər iki tərəf ciddi itki verir, ABŞ başda olmaqla qərbin Ukraynaya verdiyi müasir silahlar və maliyyə yardımı nəticəsində Ukraynanın müqaviməti daha güclənib. Ukrayna bu müharibədə sona qədər getməkdə israrlı görünür. Rusiya tərəfi isə belə görsənir ki, hələ tam hərbi potensialını və canlı qüvvəsini hərbi əməliyyatlara yönəltməyib, çünki istisna etmir ki, hansısa başqa bölgələrdə də hərbi əməliyyatlara cəlb oluna bilər. Rusiya üçün digər çağırış ola bilər ki, bu da ölkə daxilində olan vəziyyətdir, artan sanksiyaların gətirdiyi qadağalar və maliyyə böhranı daxildə Rusiya üçün ciddi problemlər yarada və əhalinin etirazlarına səbəb ola bilər. Göründüyü kimi vəziyyət qeyri-müəyyəndir, demokratik qərb dünyası sona qədər Ukraynanın yanında dayanacağını bildirir, bu isə Rusiyanın işini bir qədər də çətinləşdirir. Guman edirəm ki, getdikcə resurları azalan Rusiya bu müharibəni dayandırmaq üçün bir müddət sonra müəyyən addımlar ata bilər, lakin bu müharibədə qalib tərəfi müəyyən etmək hələ tezdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB