Azərbaycan xalqının çoxəsrlik tarixinin son yüzilliyində yetirdiyi dahi və ən böyük şəxsiyyətlərdən biri olan ümümmilli liderimiz Heydər Əliyevin öz dövləti və xalqı qarşısındakı xidmətləri misilsizdir. XX əsrin siyasi tarixində ən yüksək zirvəyə yüksəlmiş Böyük Öndər özünün 80 illik şanlı həyatının yarım əsrdən çoxunu Azərbaycana, onun sosial-iqtisadi tərəqqisinə, dövlət müstəqilliyinin bərpasına və möhkəmləndirilməsinə, dünya birliyinə qovuşmasına, xalqın rifah halının yaxşılaşdırılmasına həsr etmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin özü bunu belə ifadə edirdi. «Mən bütün həyatımı Azərbaycana xalqıma həsr etmişəm. Mən ömrümün, qalan hissəsini xalqıma bağışlayıram».
Bu gün bütün Azərbaycanın hər yerində dövlətimizin qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar geniş tədbirlər keçirilir, xalqımızın, dövlətimizin qarşısında ulu öndər Heydər Əliyevin xidmətləri bir daha anılır. Ona xalqın dərin hörməti və ehtiramı ifadə olunur. Bu, bir həqiqətdir ki, tarix şəxsiyyətləri ilə tarix olur. Azərbaycan xalqı bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb fəxr edib, adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə ilk növbədə ümummilli lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər Heydər Əliyev istər keçmiş Sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi-sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələr fəth etməsinə böyük zəmin yaratmışdır. Arzusu, amalı, Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş, müstəqil dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür. Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin gerçək miqyası zaman keçdikcə daha aydın dərk olunur. Bütün böyük şəxsiyyətlərin bir ortaq cəhəti var- onları hamı tanıyır, və onları dəyərləndirmək üçün vaxt, zaman gərəkdir. Çünki onlar konkret zamanın çərçivəsində yox, tarixdə yaşayırlar. Heydər Əliyev tarixin yaratdığı şəxsiyyət idi və özü də tarix yaradıırdı. Ulu Öndər bildirirdi ki, istənilən xalqa şəxsiyyət gərəkdir. Onları zaman yetişdirir və onlarsız keçinmək mümkün deyil.
Bu gün əminliklə deyə bilərik ki, daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır- xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.
Sevinc Xəlilova
YAP Samux rayon təşkilatının aparat rəhbəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB