İğtişaşlar Ermənistanın yuvarlandığı uçurumu dərinləşdirəcək - POLİTOLOQ AÇIQLADI

İğtişaşlar Ermənistanın yuvarlandığı uçurumu dərinləşdirəcək - POLİTOLOQ AÇIQLADI

“Ermənistanda proseslərin qızışmasında səbəb Prezident İlham Əliyevin çıxışlarında prinsipial şəkildə mövqe nümayiş etdirməsi, qarşı tərəfin bu mövqeyi və irəli sürülən sülh gündəliyini qəbul etməsi olub. Lakin avantürist qüvvələrin nəyəsə nail olacağını düşünmürəm”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, əvvəla 44 günlük müharibədən sonra bu qüvvələr eyni iğtişaşları törətmişdi: “Nəticə o oldu ki, Paşinyan seçkilərdə 54 faiz səs topladı. Hələ məğlubiyyətin acısını xalqın yenicə yaşadığı vaxtda bu qələbə təmin olunmadısa, indi də olmayacaq. Bu həm də onu göstərir ki, erməni cəmiyyəti də həqiqətləri anlamağa məcbur olub, dövlətlərinin sülhdən başqa yolu olmadığını görə bilir. Digər tərəfdən erməni lobbisi öz təsir gücünü itirib. Bunu biz Fransadakı seçkilərdə sağçı qanadın təmsilçilərinin səs toplaya bilməməsində də gördük. O cümlədən onlara havadarlıq edən güclər artıq Azərbaycanın diktə etdiyi reallıqları qəbul etməyə məcbur edilib. Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşdə qəbul olunan sülh gündəliyinin məzmunu da bunu deməyə əsas verir. Bir sözlə, iğtişaşlar Ermənistanın yuvarlandığı uçurumu dərinləşdirəcək, hakimiyyət isə məcburən uçurumdan çıxmaq üçün Azərbaycanın diktə etdiyi şərtləri qəbul edəcək”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə