Bu tarixi xalqımız milli bayram səviyyəsində qeyd edir - DEPUTAT DANIŞDI
“Dünya təcrübəsi göstərir ki, ölkəsinin, xalqının gələcəyini düşünən lideri olan dövlətlər yüksək inkişaf yolu keçir, gələcəyə böyük inamla addımlayır, imzalar içində imzası ilə fərqlənir. Onların adı tarixə əbədi olaraq həkk olunur, xatirələrdə, yaşaddaşlarda yaşayır və anıldıqca insana qürur, fəxr hissləri bəxş edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fatma Yıldırım bildirib.

Onun sözlərinə görə, Ümummilli Liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev də məhz belə şəxisyyətlərdəndir: “Mayın 10-u Böyük Öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur. Bu tarixi hər il xalqımız və dövlətimiz böyük təntənə, milli bayram səviyyəsində qeyd edir. Əlbəttə ki, bu da səbəbsiz deyil. Çünki müasir Azərbaycanın tarixi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Heydər Əliyev bütün həyatını Azərbaycana və Azərbaycan xalqına həsr edib.
Bu günkü müstəqil Azərbaycan məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir. Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, bu irsin hər zaman öyrənilməsi həyati əhəmiyyət kəsb edir.
Ulu Öndərimiz bu gün cismən aramızda olmasa da, Onun işıqlı yolu uğurla davam edir. Bu yolu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün dünyada böyük nüfuz, söz sahibi olan müstəqil dövlətdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq zəfərin qazanılması nəticəsində doğma Qarabağımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu.
Biz fəxr edirik ki, öz ərazi bütövlüyünü bərpa etmiş müstəqil, güclü Azərbaycan Respublikasının vətəndaşlarıyıq. İnanırıq ki, tarixi zəfər qazanan Azərbaycan hörmətli Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə daha böyük nailiyyətlətə, zəfərlərə imza atacaq, müstəqil dövlətimiz daha da güclənəcək.
Qazanılan hər bir uğurun əsasında isə Heydər Əliyevin ideyaları, Onun müəyyənləşdirdiyi işıqlı yol dayanır. Ulu Öndər Heydər Əliyev özünün keçdiyi şərəfli həyat yolu, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətləri ilə hər bir azərbaycanlının qəlbində özünün əbədi abidəsini ucaldıb!!!
Ümummilli Liderimizin əziz xatirəsini böyük ehtiramla yad edir, ruhu qarşısında baş əyirik!!!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB