"Böyük qayıdış: Ulu Öndər Heydər Əliyevin reallığa çevrilən arzuları" - FOTOLAR
Yasamal rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş YAP Yasamal rayon təşkilatının foyesindəki Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.Konfransın rəsmi hissəsində ilk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
Konfransı giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Ümummilli Liderimiz ölkəmizin sahib olduğu xarici siyasət resurslarından səmərəli surətdə istifadə edərək Azərbaycanı dünya miqyasında sayılan və istinad edilən tərəfdaş aktorlardan birinə çevirdi. Beləliklə, Azərbaycan Cənubi Qafqaz bölgəsinin hərbi-siyasi təhlükəsizliyini təmin edən lokomotivinə çevrildi. Bununla yanaşı, ölkəmiz regionda reallaşdırılan transmilli layihələrin mərkəzi təşkilatçısı qismində çıxış etməklə Cənubi Qafqazda yeni formatlı və keyfiyyətli əməkdaşlıq platformalarının gerçəkləşməsinə təkan verdi. Bu gün də bu siyasət Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra söz Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova verilib. O, qeyd edib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik Liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Bu yüksəliş Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin əzmkar və yorulmaz fəaliyyəti ilə daha da inkişaf etməkdədir.
Tədbirdə çıxış edən 91-lərdən olan Şahlar Əsgərov konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə Ümummilli Lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram"- deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Ulu Öndər Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması ilə bir daha öz təsdiqini tapdı.
Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Ulu Öndər Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, ərazi partiya təşkilatının sədri Rəvan Mehdiyeva bildirib ki, balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığı, iqtisadi qüdrət və güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil və səhiyyənin inkişafı, müasir ordu quruculuğu, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin başlıca strateji hədəflərinə çevrilmişdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımlar onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər oldu.
Çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının fəal gənci Aytac Rüstəmli Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi tövhələrdən bəhs edərək qeyd edib ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutur.
Sonda çıxış üçün söz Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənova verilib. Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin başladığı və hal-hazırda Cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəmləndirən Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ona olan inamını ən yüksək səviyyədə doğrultdu. Bu gün artıq Azərbaycan dünyada öz layiqli yerini tutmaqdadır.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayevanın təqdimatı ilə Partiyamızın ictimai-siyasi həyatında aktiv fəaliyyətinə görə bir qrup şəxslərə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Fəxri fərmanları, bir qrup şəxslərə isə Yeni Azərbaycan Partiyasının üzlük vəsiqələri təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB