Prezident İlham Əliyev gənclər siyasətini uğurla davam etdirir - İDARƏ HEYƏTİNİN ÜZVÜ AÇIQLADI

Prezident İlham Əliyev gənclər siyasətini uğurla davam etdirir - İDARƏ HEYƏTİNİN ÜZVÜ AÇIQLADI

"Ulu Öndər gənclər siyasətinin əsasını Azərbaycana ilk rəhbərlik etdiyi dövrdə qoymuşdur. 1988-1993-cü illərdə ölkədə baş verən xaos zamanı dövlətin gənclər siyasəti iflic olmuşdu". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin idarə heyətinin üzvü Salman Salmanov bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi vaxt ilk işlərindən biri gənclər siyasətinin yenidən formalaşdırılması oldu: "Həmin dövrdə gərgin bir dövrdə Heydər Əliyevin Gənclər və İdman Nazirliyinin əsasını qoyması gənclər siyasətinin təməlini qoydu. Bundan sonra Ulu Öndərin özünün şəxsən iştirakı ilə Gənclər Forumunun təşkili və həmin forumdan sonra 2 fevral tarixinin gəclər günü elan olunması da görülən əhəmiyyətli işlər sırasında idi. Dövlətin gənclər siyasətinin bugünkü layiqli davamçısı məhz ölkə Prezidenti cənab İlham Əliyevdir. Gənclərimiz bu gün gözəl məktəblərdə, ali təhsil müəssisələrində təhsil alır. Bu gün Azərbaycan gənci ölkəni tərk etmədən belə ikili diplom layihələri sayəsində dünyanın nüfuzlu universitetlərindən məzun ola bilirlər. Bütün bunlar bizim gəncliyimizin təməli sayılır. Eyni zamanda cənab Prezident İlham Əliyevin 2007-ci ili "Gənclər İli", 2020-ci ili isə "Könüllülər İli" elan etməsi də gənclərə göstərilən böyük qayğı və diqqətin göstəricisidir. Eyni zamanda ölkə başçısı hər zaman çıxışlarında biz gənclərə güvəndiyini də vurğulayıb. 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycan gənci öz vətənpərvərliyini, gücünü bütün dünyaya nümayiş etdirdi. Həmin gənclikdir ki, Qarabağa görmədən ona bağlı böyümüşdü və bu gün də məhz o gənclər torpaqlarımızı azad etdi. Bütün sadaladıqlarımın hər biri Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin nəticəsi idi. Biz gənclərə göstərilən bu etimad qarşısında da bizim borcumuzdur ki, hər zaman ölkəmizin maraqlarını qoruyaq. Bugünkü gəncliyimizin uğurları məhz Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin nəticəsidir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə