Böyük Zəfər Prezident İlham Əliyev diplomatiyasının uğu­rudur - ŞƏRH

Böyük Zəfər, ilk növbədə, dövlət başçımızın diplomatik uğu­ru, ordumuzun qəhrəmanlığı və xalqımızın ordu və dövlətlə birliyi sayəsində əldə edilib. Müstəqil xarici siyasətimizin məhz milli maraqlara əsaslanması, regionda təhlükəsizlik və əməkdaşlığa bu günümüzün və sabahımızın prizmasından yanaşılması diplomatiya aləmində Azərbaycanın mövqelərinin möhkəmlənməsinə vəsilə olub. Biz mübarizədə haqlı olduğumu­zu tarixi və geosiyasi faktlarla əsaslandıra, dünyanı haqq işimizi dəstəkləməyə yönəldə bilmişik. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ərazi bütövlüyümüzün əksəriyyət tərəfindən tanınması kimi amillər Qarabağda azadlıq mücadiləmizin məhvərini təşkil edib. Azərbaycan Avropa İttifaqı, Qoşul­mama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərini yüksək səviyyədə qura bilib və bu münasibətlər ehtimallar üzərində yaranmayıb, praqmatizm, qarşılıqlı fayda və maraqlara əsaslanıb.

Azərbaycan Prezidenti ötən həftə ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda bütün bunları dünya­nın tanınmış intellektual təbəqə təmsilçilərinin diqqətinə yüksək diplomatik məharətlə çatdırdı, ölkədə, regionda və dünyada gedən prosesləri geniş şərh etdi, Ermənistanın işğalçılıq siyasətinin, revanşist mövqeyinin obyektiv təhlilini verdi. Konfrans iştirakçıları dövlət başçımızın güclü məntiqə söykənən fikirlərinə heyranlıqla­rını gizlətmədilər.

Xüsusilə qeyd edək ki, akademik çevrələrdə populyar olan, suallarının alt qatında çoxlu mənalar gizlənən mahir diplomatları əhatəli və konstruktiv cavablarla razı salmaq elə də asan məsələ deyil. Cənab İlham Əliyev bun­dan əvvəl də beyin mərkəzlərinin nümayəndələri, xarici media mənsubları qarşısında parlaq çıxışları ilə özünün kreativ düşüncəli lider, yüksək intellektə, məlumatlılıq səviyyəsinə və dərin analitik təfəkkürə malik siyasətçi olduğunu dəfələrlə nümayiş etdirib.

Yeri gəlmişkən, bu konfransın daha bir özəlliyi mədəniyyət paytaxtımız Şuşanı həm də diplomatik paytaxta çevirmək məramıdır. Bildiyimiz kimi, ötən ilin noyabrında Azərbaycan və Rusiya politoloqlarının iştirakı ilə Şuşada beynəlxalq konfrans keçirilib. Ayrı-ayrı akademik təsisatlar, nazirliklər də orada mötəbər tədbirlər təşkil edirlər. “Shusha Majlis Discussi­on” formatında beynəlxalq beyin mərkəzləri nümayəndələrinin bu konfransda iştirak etmək üçün Şuşaya yollanmaları, onları aparan “Ağdam” adlı təyyarənin Qarabağın hava qapısında – bu yaxınlarda ti­kilmiş Füzuli Beynəlxalq Hava Lima­nında yerə enməsi özlüyündə qürur doğuran faktdır. Forum çərçivəsində 20-dən çox ölkəni təmsil edən 50-yə yaxın siyasi ekspert postmünaqişə dövründə Azərbaycanın işğal­dan azad edilmiş ərazilərində, o cümlədən Şuşada infrastrukturun bərpasını müzakirə edib. Həmçinin regionda dayanıqlı sülhün bərqərar edilməsi və regional kommunikasi­yaların açılması imkanları nəzərdən keçirilib. Onu da deyək ki, artıq bir neçə gündən sonra bu şəhərin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi – Şuşa” mövzusunda digər bir beynəlxalq elmi konfransın təşkil ediləcəyi ilə bağlı anonslar da verilib.

Bu gün dünya xalqları açıq-aydın görür ki, işğaldan azad edilən ərazilərimizdə erməni vandalları illərlə hansı vəhşi əməlləri törədiblər. Bu, hər addımda nəzərə çarpır. Prezident İlham Əliyevin ADA Universitetində konfrans çərçivəsində çıxışında qeyd etdiyi kimi, viran qoyulan şəhər və kəndlər, dağıdılan, təhqir edilən məscid və qəbiristanlıqlar, yer üzündən silinən tarix və mədəniyyət abidələri düşmənin nə qədər amansız və barbar olduğu­nu göstərir. Əlbəttə, “vəhşi qəbilə” bütün dağıntıları məqsədli şəkildə edib, azərbaycanlıların bu torpaq­lara əzəli sahibliyinin izlərini silmək məqsədi güdüb. Vaxtaşırı Qarabağa səfərləri təşkil olunan xarici diplo­matlar da, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri də, media təmsilçiləri də bütün bunların canlı şahidləridir. Qa­rabağda törədilənlərdən şoka düşən əcnəbilərdə kimin dağıdıcı, kimin qurucu və yaradıcı xalq olduğu barədə dəqiq qənaətlər formalaşıb.

Müsbət meyl sayıla biləcək bir faktdır ki, bu gün Ermənistan rəhbərliyi də, bu ölkənin nisbətən ağıllı başları da uydurulan ideoloji konsepsiyalarının darmadağın edildiyini görərək, ərazi iddialarında haqsız olduqlarını zəif səslə də olsa, etiraf edirlər. Onlar Azərbaycanla sülh danışıqlarına getməyin vacib­liyini anlamağa başlayır və məhvə doğru gedən dövlətçiliklərinin xilası naminə cari reallıqlara uyğun ad­dımlar atmaq istəyirlər. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında Qarabağın statusu ilə bağlı əsassız tələbləri azaltmağa ça­ğırışlar səsləndirib. Onun sözlərinə görə, 1996-cı ildə ATƏT-in Lissabon sammitində, 1999-cu ildə “vahid dövlət ideyası”nda, 2001-ci ildə Ki-Uest prosesində, 2007-ci ildə irəli sürülən Madrid prinsiplərində və 2016-cı ildə həmsədrlərin təkliflərində də status tələbinə önəm verilməyib. Sadəcə olaraq, bu faktlar erməni cəmiyyətindən məharətlə gizlədilib.

Artıq ermənilər də dərk edirlər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi fəal diplomatik səylər, qalib Azərbaycanın diktə etdiyi reallıqlar dünyada birmənalı qəbul olunur. Onlar indi özlərinin “xilas resept”lərinin İlham Əliyevdə oldu­ğunu görürlər. Amma burası da var ki, tədricən müsbətə meyllənən Paşinyan və tərəfdarlarını vaxtilə Ermənistanda hakimiyyətdə olmuş hərbi xunta rəhbərləri Koçaryan və Sarkisyanın müxalif fraksiyaları dinc qoymur, istefa tələbli ilə kütləvi mitinqlər keçirməklə aranı qatırlar. Buna baxmayaraq, əksəriyyət artıq dirəniş göstərməyin mənasız olduğu qənaətindədir. Ermənilərin bizim qarşımızda üzləri qaradır. Otuz ilədək işğal al­tında saxladıqları ərazilərdə olmazın vəhşiliklər törədiblər. Hətta köçüb gedəndə də evləri yandırıb, ağac­ları baltalayıb, hər tərəfə minalar basdırıb gediblər.

Onlar, Ağdamı Xi­rosimaya çevirib, Oxçuçayı yaman günə qoyub, Füzulidə salamat bina saxlamayıb, əkinəyararlı torpaqlar­da narkotika plantasiyaları salıblar. Təkcə müsəlman dini ocaqlarını deyil, xristian məbədlərini də dağıdaraq bizi qeyri-tolerantlıqda günahlandır­maq istəyiblər. Amma bu riyakarlıq­ları ifşa olunub, özləri çətin duruma düşüblər. Bütün bunların fonunda Ermənistan son 30 ildə qlobal kom­munikasiya layihələrindən kənarda qalmaqla, sözün əsl mənasında, özünə qəsd edib. Qəflət yuxusun­dan indi-indi ayılan qarşı tərəf gü­nahlarının bədəlini bütün ciddiliyi ilə ödəyəcəyindən ürpənərək, deyəsən, düzgün yola gəlmək istəyir. Əlbəttə, biz səhvləri bağışlayan, heç olmasa, bundan sonra ermənilərlə normal qonşuluq münasibətləri zəminində yaşamağa üstünlük verən, huma­nizm prinsiplərinə söykənən böyük ürəkli xalqıq. Təki, tövbə istəklərində səmimi olsunlar, indən belə məkrli addımlar atmasınlar.

Prezident İlham Əliyev siyasi ekspertlərin, tədqiqatçı alimlərin diqqətinə təkzibedilməz, konkret faktlarla çatdırdı ki, bəli, indiyədək Ermənistanın sərgilədiyi siyasətdə neqativ notlar daha çox olub. İstər Zəngəzur dəhlizinin açılması, istər sərhədlərin delimitasiya və demar­kasıyası, istər Qarabağda qalmış si­lahlı dəstə tör-töküntülərinin oradan çıxarılması, istərsə də digər prinsipi­al məsələlərdə Paşinyan hökuməti yarıtmaz mövqe tutub. Ancaq indi onların son şansdan istifadə edərək, bir qədər pozitivə meyl göstərdiyi görünməkdədir. Qoy, yanlışlarından ibrət götürsünlər, müəyyən qədər bağışlanmalarına ümidləri olsun. Baxaq, görək özlərini necə apara­caqlar. Onsuz da haqlı tərəf bizik və “Dəmir Yumruq” yerindədir.

Ən əsası odur ki, siyasi platfor­mada hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, Azərbaycan rəhbərliyi Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərini genişləndirməkdə, “Böyük Qayıdış”ı yaxınlaşdır­maqdadır. Bununla bağlı tədbirlər dəqiq müəyyənləşdirilmiş strateji istiqamətlərə və tapşırıqlara uyğun olaraq həyata keçirilir. Minalar­dan təmizləmə, enerji təminatı və xüsusilə də “yaşıl enerji” layihələləri, şəhərsalma və nəqliyyat infrastruk­turunun inkişafı üzrə planlar, “ağıllı kənd” konsepsiyasının tətbiqi ardıcıl surətdə gerçəkləşdirilir. Ermənilərin Laçın şəhərindən keçmədən ötüb gedəcəkləri 28 kilometrlik alter­nativ yolun tikintisi özünün son mərhələsindədir. Digər rayonları bir-birinə birləşdirəcək yolların, körpülərin, tunellərin inşası sürətlə gedir, su xətləri çəkilir, müasir yaşayış kompleksləri tikilir. Yüzlərlə hektar sahədə yaşıllıqlar salınır və “Zəfərdən dirçəlişə” meşə massivi layihəsi icra olunur...

Sonda vurğulamaq lazımdır ki, əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, bölgənin tərəqqisi, təhlükəsizliyi və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyini sərf-nəzər etməkdən ibarət olan beynəlxalq forum dövlətimizin diplomatik uğurları sırasında layiqli yerini tutmuşdur.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə