"Abşeron Lions" basketbol komandası bu gün FIBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununu keçirəcək. SİA xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Polşanın "Trefl" komandasını sınağa çəkəcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da başlayacaq.
Bu qrupun ötən gün keçirilən matçında "Neftçi" doğma meydanda Estoniya təmsilçisi "Kalev"ə 95:84 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Abşeron Lions" qrupdakı ilk oyununda "Kalev"ə məğlub olub - 85:93.
Bütün xəbərlər Facebook səhifəmizdə