“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi MLS-də oktyabr ayının ən yaxşı futbolçusu seçilib. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karyerası ərzində Messi artıq 5 dəfə ayın oyunçusu adına layiq görülüb ki, bu da liqa tarixində yeni rekorddur - 2 mövsümdə 5 mükafat. Həm də bunlardan 3-ü cari mövsümdə qazanılıb.

Messi MLS tarixində bir mövsümdə 3 dəfə “ayın oyunçusu” seçilən üçüncü futbolçu olub. Buna qədər bu nailiyyətə yalnız Karlos Vela (2019) və Kris Vondolovski (2012) çatmışdılar.

Qeyd edək ki, oktyabr ayında argentinalı hücumçu cəmi 3 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə