Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla o, bu mükafata Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, oktyabrın 24-ü Y.Eyyubovun 80 yaşı tamam olur.
Bütün xəbərlər Facebook səhifəmizdə