Xaçmazda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) karantin tətbiq edilən qəhvəyi mərmər bağacığının populyasiya sıxlığının azaldılması və yayılmasının qarşısının alınması istiqamətində fitosanitar tədbirləri davam etdirir. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, agentliyin Quba-Xaçmaz regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Xaçmaz rayonunun Yalama kəndində növbəti maarifləndirmə tədbiri təşkil olunub.
Regional bölmənin əməkdaşları tərəfindən payız-qış mövsümündə zərərvericiyə qarşı aparılması zəruri mübarizə üsulları barədə kənd sakinlərinə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb. Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin aktiv iştirakının vacibliyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə