Lamin Yamal UEFA Çempionlar Liqasının tarixinə düşüb

İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının tarixinə düşüb. SİA-nın məlumatına görə, gənc vinger buna Liqa mərhələsinin III turunda Yunanıstan təmsilçisi "Olimpiakos"a qalib gəldikləri matçda (6:1) iştirak etməklə nail olub.

18 yaşlı ispaniyalı oyunçu qitənin bir nömrəli klub turnirində 25 matçda meydana çıxan ən gənc futbolçudur.

Daha əvvəl Uorren Zair-Emeri bunu 19 yaş 32 günündə, Sesk Fabreqas 19 yaş 292 günündə, Anderson Oliveyra 19 yaş 326 günündə bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə