Bakının nefti olmasaydı, bu qələbə əldə edilməzdi - HƏRBİ EKSPERT AÇIQLADI
"9 May Qələbə Günü faşizm üzərində bəşəriyyətin qələbəsidir. Bu qələbənin əldə edilməsində Azərbaycan xalqının çox böyük rolu var". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.
Onun sözlərinə görə, Azərbaycan xalqının 700 minə qədər oğul və qızları cəbhədə döyüşmüşlər, 300 mindən artıq insan həlak olub: "Bakının nefti olmasaydı bu qələbə əldə edilməzdi. Azərbaycanlılar həm ön cəbhədə döyüşüb, həm də arxa cəbhədə ön cəbhəni neft məhsulları ilə təmin edib. Bakı və bir çox silah zavodları fəaliyyət göstərib. O vaxtlar Ukraynadan, Belarusiyadan və bir çox cəbhələrdən gələn məcburi köçkünlər otellərə yerləşdirilmişdir. Eyni zamanda yaralılar Bakı hospitallarında müalicə olunmuşlar. Azərbaycan müharibə zamanı ərzaq təminatına da böyük dəstək vermişdir. Qələbə üçün hər şey etmişlər. Amma təəssüflər olsun ki, böyük bir ədalətsizlik olunub ki, Bakı "Qəhrəman şəhər" adını almayıb. Azərbaycanlılar Sovet İttifaqı qəhrəmanları sayına görə də çox ola bilərdi. Təəssüflər olsun ki, bir çox igidlərimiz bu addan məhrum edilib. 120 azərbaycanlı Sovet İttifaqı qəhrəmanı adını alıb. Azərbaycan hərbiçiləri yüksək rütbələr almağa layiq olduğu halda bir çoxu yüksək rütbələr almayıb. Müharibənin ilkin vaxtlarında da azərbaycanlılara qarşı böyük ayrı-seçkilik olub. Azərbaycanlılardan ibarət hərbi hissələr yaradılıb və bu hərbi hissələrin hər biri yüksək döyüş yolu keçib. Döyüşçülərimiz böyük qəhrəmanlıq nümayiş etdirib. Azərbaycan xalqı heç vaxt onları unutmayacaq. Biz tək o zamankı faşizmlə yox, həm də erməni faşizmi ilə də mübarizə aparmışıq. Azərbayca xalqı erməni faşizmi üzərində də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük qələbə əldə edib. Ulu öndər Heydər Əliyev hər zaman Böyük Vətən müharibəsi iştirakçılarına xüsusu diqqət və qayğı göstərmişdir. Cənab Prezident bu siyasəti uğurla davam etdirir.
Azərbaycanda həm Böyük Vətən müharibəsinin, həm Əfqanıstan müharibəsinin içtirakçılarının, həm Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən Azərbaycan vətəndaşlarının, həm 20 Yanvar faciəsinin iştirakçılarının, həm də 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçılarının statusları eynidir. Bu müharibələrdə həlak olmuş şəhidlərə, onların ailə üzvlərinə və müharibə əlillərinə eyni cür yanaşılır.
Azərbaycan xalqı qəhrəmanlarının əziz xatirəsini heç zaman unutmur. Onlar haqqında filmlər çəkilir, əsərlər yazılır, adlarına küçələr var, ev muzeyləri var. Qarabağ müharibəsinin qəhrəmanlarının xatirəsi də hər zaman əziz tutulur. Biz tarixinbütün dövrlərində faşizmin, terrorun əleyhinəyik. Xalq olaraq hər zaman bu faşizmin terrorun üzərində qələbə qazanmışıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB