Ümummilli Lider Heydər Əliyev və idman hərəkatı

Ümummilli Lider Heydər Əliyev və idman hərəkatı

Ölkəmizdə idmanın Yasamal rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışlarında futbol idman növü üzrə yarışın finalı, silsilə idman yarışlarının bağlanışı və altı idman növü üzrə I, II, III yerləri qazanmış komandaların mükafatlandırma mərasimi baş tutmuşdur. Mərasimdə Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Dövlət Univeristetinin rektoru Elçin Babayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Millət vəkili Elnur Allahverdiyev, Millət vəkili Ülvi Quliyev, Azərbaycan Milli Olimpiya Komitəsinin sədri Zemfira Meftahətdinova, Yasamal rayon ictimaiyyəti və qonaqlar iştirak etmişdir. Yarışların bağlanış və mükafatlandırma mərasimindən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni oxundu. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra çıxış üçün söz Milli Məclisin sədr müavini, parlamentin Gənclər və Idman Komitəsinin sədri Adil Əliyevə verildi. Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev qeyd etdi ki, Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bildiyimiz kimi, gənclik və idman bir-birini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşması, xüsusilə, idman sahəsində böyük nəaliyyətlər əldə etməsi məhz Ulu Öndər Heydər Əliyevin memarı olduğu uğurlu gənclər siyasətinin nəticəsidir. Gənclərimiz tək idman deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayırlar. Bu gün isə uğurlu gənclər siyasətinin davam etdirilməsi, gənclərin fəaliyyəti üçün yaradılmış geniş imkanlar, yüksək diqqət və qayğı Cənab Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır.

Çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirdi ki, vətənimizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır, idmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlər buna bariz nümunədir. Ümummilli Lider Heydər Əliyev ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına daim diqqət göstərib. Ulu Öndərimizin layiqli davamçısı Cənab Prezident İlham Əliyev də idmana, onun inkişafına hər zaman həssaslıqla yanaşır. Dövlət başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkar səviyyədə hazırlanmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.

Çıxışlardan sonra I, II və III yerlərə layiq görülmüş komandaların mükafatlandırma mərasimi baş tutdu. Sonra xatirə şəkilləri çəkildi.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə