Azərbaycanda təhsil hər zaman əsas faktorlardan biri olub - DEPUTAT AÇQLADI
“Azərbaycanda təhsil hər zaman önəmli məsələ olub. Valideynlər övladına yaxşı təhsil verməsi üçün əlindən gələni edir. Bu gün təhsil uğurlarımızın bünövrəsi Ümummilli liderimiz tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi zaman təhsil işçiləri ilə görüşüb, təhsil problemləri ilə maraqlanaraq bu sahədə dövlət qanunu qəbul etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev və birinci Vitse-Preizdent Mehriban Əliyevanın təhsilə olan diqqət və qayğısı bütün azərbaycanlılara məlumdur: “Ölkə rəhbəri təshilə xüsusi diqqət ayırır və ölkəmizdə ən çox maliyyə ayrılan sahələrədn biri məhz təhsil sahəsidir. Demək olar ki, müntəzəm olaraq ölkəmizdə yer alan məktəblər və baxçalar yenidən qurularaq, əsaslı təmir olunur. Təkcə şəhər mərkəzlərində deyil, ən ucqar bölgələrimizdə belə uşaqlarımızın təhsil almasına önəm verilərək, məktəblər təmir olunur. Bütün təmir olunan müəsissələr müasir və modern standartlara cavab verir. Həmçinin son illərdə müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər edilir və s. Bütün bunların hər biri dövlət siyasətinin tərkib hissəsidir. Cənab Prezident həm gəclərlə, həm də yeniyetmələrlə görüşü zamanı onların keyfiyyətli bir formada təhsil almasını tövsiyyə edir. Heydər Əliyev Fondu Azərbaycan təhsilinə çox böyük tövhələr verir. Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Fondun yüzlərlə inşa edtiyi məktəblər və baxçalar mövcuddur ki, onlar bu gün çox fəal bir şəkildə fəaliyyət göstərirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB