"Azərbaycanın inkişafına üçün Heydər Əliyevin adı belə bəs edir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycanın inkişafına üçün Heydər Əliyevin adı belə bəs edir" - DEPUTAT ŞƏRH ETDİ

“Əslində Azərbaycanın müstəqilliyi uğrunda mübarizə 20-ci əsrin əvvvəllərində başlayıb. Bu mübarizə Azərbaycan Xalq Cümhuriyyəti kimi bizim ideyalarımızın, xalqımızın milli maraqlarının ifadəsi şəklində ortaya çıxıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, buna görə də AXC bir milli siyasi metafor kimi tarixdə qaldı: “Amma sonra əlbəttə, Azərbaycan SSR məhz AXC-nin müəyyənləşdirdiyi o ərazidə yarandı. O ərazi olmasaydı ola bilsin ki, Sovet Azərbaycanın qurulması da mümkün olmaya bilərdi. Heydər Əliyev Azərbaycan Sovet Sosialist Respublikasının lideri kimi gəldi tarixə. Heydər Əliyev hər zaman Azərbaycanın hətta Sovet dövründə daha çox müstəqil olması üçün siyasi dühasından isifadə edib. Nəticə etibarilə 1970-ci illərdə Azərbaycan artıq bir sıra həm iqtisadi, həm mədəni, həm də ictimai, siyasi və sosial cəhətləri ilə sovetlər birliyində tanınırdı. Yəni Heydər Əliyev öz uzaqgörənliyi ilə Azərbaycanın müstəqilliyinin əsaslarını təşkil edib. Bir çox faktlar var ki, onları saymağa ehtiyac yoxdur. Çünki bu faktlar nəinki xalqımıza, bütün dünyaya məlumdur. Artıq Heydər Əliyevşünaslıq adlı elm var ki, o Heydər Əliyevin şəxsiyyətini, fəaliyyətini, gördüyü işlərin miqyasını müəyyənləşdirir. Eyni zamanda kifayət qədər də zəngin faktlar ortaya çaxarır. Əsas məsələ odur ki, Heydər Əliyev Azərbaycan xalqının milli mənliyinin qoruyucusu kimi də hər zaman böyük addımlar atıb. Bu yüksəliş olmasaydı Azərbaycan keçən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində o azadlıq müstəqillik uğrunda mübarizəyə bu qədər böyük həvəs və maraqla qalxa bilməzdi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Heydər Əliyevə Ümummilli Liderimizə cəmiyyətimizin, xalqımızın ehtiyacı oldu. O, həqiqətən böyük siyasi dühası ilə Azərbaqycanın ən ağır münasibətlərdən, ən ağır faqcilərə belə düşmək təhlükəsindən qurtararaq, Azərbaycanın bütövlüyünə nail oldu. Azərbaycanın yüksəlişi üçün təxminən 10 il ərzində tarixi işlər gördü. Bundan sonra artıq Azərbaycan dünya birliyinin üzvü oldu, bütün dünya artıq ölkəmiz ilə hesablaşmağa başladı. Heydər Əliyev müstəqil Azərbaycanın rəhbəri olduğu zamanda dünyanın elə bir böyük siyasi qüvvəsi olmadı ki, onla əməkdaşlığa can atmasın. Bunun nəticəsi olaraq, Azərbaycan Respublikası strateji olaraq da inkişaf etməyə başladı. Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik edən onun varisi İlham Əliyevə zəngin imkanlar qalıb. Bu böyük Azərbaycanın inkişafının təmini üçün böyük, siyasi diplomatik potensial yaradılıb. Bunun ardınca təbidir ki, tələb olunan digər məsələlər, xüsusilə ölkənin iqtisadi inkişafının təmin olunması, ərazi bütövlüyünün təmin edilməsi və s. məhz Heydər Əliyevin planları əsasında həyata keçirilərək, inkişa etdirildi. Azərbaycan tarixində Heydər Əliyev dövrü, Azərbaycan xalqının taleyində Heydər Əliyevin rolu heç zaman yaddan çıxmayacaq. Azərbaycanın inkişafına üçün Heydər Əliyevin adı belə bəs edir. Çünki bu ad çəkiləndə hər bir azərbaycanlının daxilində qürur hissi meydana çıxır. Bu qürur isə hər zaman Azərbaycana lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə