Şuşa böyük bir mədəni mərkəzə çevrilib - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Şuşa böyük bir mədəni mərkəzə çevrilib - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda ölkə başçısı İlham Əliyev bir sıra mühüm məsələlərə toxunmuşdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, dövlət başçısının çıxışında vurğuladığı məqamlar məhz bölgənin əməkdaşlıq bölgəsinə çevrilməsini təmin etməkdir: “Bölgənin inkişafı üçün birgə fəaliyyət göstərməli, buranı tərəfdaşlıq və əməkdaşlıq bölgəsinə çevirməliyik. Bunun üçün də ilk növbədə sülhə və sabitliyə nail olmaq lazımdır. Azərbaycanın sülh yaratmaq üçün perspektivlərinin olduğunu cənab Prezident konkret nümunələrlə ifadə etmişdir. Azərbaycan əməkdaşlıq və tərəfdaşlıq bölgəsi yaradaraq hamının inkişafına təkan verən strategiyanı ifadə etdi. Azərbaycanın strategiyası bölgəni əməkdaşlıq, sabitlik və inkişaf bölgəsinə çevirməkdir. Bunun üçün də Azərbaycanın əsas məqsədi sülhə nail olmaq və qonşu ölkələrlə bu bölgədə əməkdaşlığı təmin etməkdir.

Prezident konfransdakı çıxışında bildirib ki, Şuşa bəyannaməsi Türkiyə ilə qardaşlığımızın bariz nümunəsidir. Qeyd edim ki, Azərbaycan Türkiyə qardaşlığı böyük bir bölgənin sabitliyi və təhlükəsizliyi üçün çox ciddi bir amildir və Prezident öz çıxışında bunu xüsusi vurğulayıb. Şuşa böyük bir mədəni mərkəzə çevrilib. Lakin bununla yanaşı Şuşada beynəlxalq münasibətlərin müzakirəsi edilməsi Şuşanın beynəlxalq münasibətlər sahəsində olan əməkdaşlıq üçün çox mühüm mərkəzə çevirir. Əminəm ki, bu istiqamətdə tədbirlər davam ediləcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə