Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri keçirilir - FOTOLAR

Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri keçirilir - FOTOLAR

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Dahi Azərbaycanlı, Böyük Xilaskar, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə YAP Qazax rayon təşkilatı Aparatının işçiləri Qazax rayon Heydər Əliyev Mərkəzində "Açıq qapı” günlərində iştirak etmişlər və Ulu Öndər, Dahi Rəhbər Heydər Əliyevin abidəsi önünə tər qərənfillər düzərək onun əziz xatirəsinə hörmət və ehtiramlarını göstəriblər. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli və mənalı ömür yolunu əks etdirən fotostendlə tanış olmuş, kitab və jurnal sərgisinə baxmışlar. Ulu Öndərimizin böyük xilaskarlıq missiyasını və müstəqil Azərbaycanımızın həyatındakı müstəsna xidmətlərini əks etdirən filmi izləyiblər.

Sonda Ümummilli Liderin şah əsəri olan Müstəqil Azərbaycanın xəritəsi ətrafında Dahi Rəhbərin uzaqgörən siyasəti, xilaskarlıq missiyası barəsində geniş söhbətlər aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə